Hörümçəklər haqda BİLMƏLİ OLDUĞUNUZ 7 FAKT

8-05-2017, 10:36           

Hörümçəklər hörümçəkkimilər sinfinə daxil olan böcək dəstəsidir. Hörümçəklər yırtıcı həşəratlar olub, hətta bir-birlərinə belə hücum edə bilirlər. 45-dən çox növü olan hörümçəklər quruluşuna və qidalanma prosesinə görə bir-birindən fərqlənir. Bu canlıların bədənləri buğumlu olur. Onların əksəriyyətində bədən üç şöbəyə bölünür: baş, döş və qarıncıq. Başda duyğu orqanları ağız və ağız çıxıntıları yerləşir. Döşdə hərəkətə xidmət edən ətraflar. Hörümçəyin baş və döş nahiyyəsində dörd cüt ayaq var. Ümumilikdə 8 ayağı olan yırtıcı həşəratların bəzən qanadlı növlərinə də rast gəlinir. Hörümçəklərin görmə qabiliyyətləri o qədər pisdir ki, demək olar ki, onlar görmür.


Hörümçəklərin heç də hamısı qidalarını tutmaq üçün tordan istifadə etmir. Bir hissəsi öz ovunu qovaraq və ya üzərlərinə tullanaraq, bir hissəsi suda böcək, qurbağa, balıq ovlayaraq, bir hissəsi isə zəhər ifraz etməklə ovladığı həşəratla qidalanır. Hörümçək öz şikarını sancır və xeliserlərindəki zəhər vəzilərindən onun bədəninə xüsusi zəhər yeridir. Maraqlıdır ki, hörümçək bərk maddəylə qidalana bilmir. Ağzında ifraz etdiyi tüpürcək vasitəsi ilə ovun içalatı maye halına gələnə qədər əriyir. Hörümçəklərin qida borusu dar olduğu üçün qidalarını məhz bu yolla həzm edirlər. Hörümçəklər xaricində həzm gedə bilən yeganə canlıdır.


Adətən hörümçəklər ovunu tor qurub xəlvət yerdə gizlənərək ovlayır. Qurduqları tordan xəbərverici tel uzadaraq özləri ilə aparırlar. Hörümçəklər, ovun tələyə düşdüyünü məhz bu telinin titrəyişi vasitəsilə bilirlər. Onlar hər titrəyişi xəbərdarlıq olaraq saymırlar. Yalnız müəyyən təsirlərlə və amplitudalarla, həşəratların hörümçək toruna düşməsindən əmələ gələn titrəyişlərə cavab verən hörümçəklər, öz gizli yerlərindən çıxır və ovlarına hücum edirlər.


Hörümçəklərin ölçüləri törəmə zamanı əhəmiyyətli dərəcədə dəyişir. Bu zaman onlar köhnə xarici skeleti atır və onu yenisi ilə əvəz edirlər. Hörümçək yalnızlığı sevən həşəratdır.


Publika.az sizə hörümçəklər haqqında maraqlı 7 faktı təqdim edir:
1. Bütün hörümçəklər zəhərlidir. Amma insan üçün bunlardan sadəcə bir neçəsi təhlükəlidir. Məsələn, qaraqurd hörümçəyi. Bu hörümçək növünün insanı dişləməsi 12% ölüm ilə nəticələnir. Çöllərdə və səhralarda yaşayan bu növ hörümçəklərin 3 sm uzunluğunda qara və qırmızı rəngdə ayaqları olur.
2. Bütün hörümçəklər tor ata bilir, amma tordan şikarını ovlamaq üçün tələ qura bilmir. Hörümçəklərin qurduğu tor şəbəkəsindən ipək əldə etmək olur. Bu ipək dünyanın ən dəyərli və ən çətin əldə olunan növü hesab olunur.
3. Əgər hörümçək sizi dişləyibsə, zəhəri bədəninizə yeriyib orada maye halına çevrilmədən dişlənən yerləri yandırmaq lazımdır. Bir neçə dəqiqə ərzində dişlənən yerlər yandırılmazsa, hörümçək zəhəri daxildə yaratdığı maddə ilə dərinizə yapışacaq.
4. Hörümçək dişləməsinin ilkin simptomları normadan çox ürək döyüntüsü, tez-tez tərləmə, baş gicəllənmə, qıcolmalar, təngnəfəslik və ürək bulantısıdır.
5. Nə qədər insan üçün təhlükəli də olsa, Yeni Qvineya adalarında yaşayan balıqçılar çox vaxt hörümçəklərin zəhmətindən istifadə edirlər. Balıqçı bambukdan düzəltdiyi iri çərçivəni meşə cəngəlliyinə aparıb, ağacdan asır. Səhərə kimi hörümçək çərçivəyə sıx tor çəkir. Tor vasitəsilə balıqçı sudan balıq tutur. Tor yırtıldıqda isə balıqçı onu yenidən meşəyə aparır və hörümçəklər bu toru yenidən “bərpa edir”. Torlar nazik olmasına baxmayaraq çox davamlı olur, hətta 2 kq-a qədər ağırlığa davam gətirə bilir.
6. Yer üzündə hörümçəklərin bəzi növləri heç bir həşərat vasitəsilə qidalanmır. Onlar ən hündür dağlarda (7500 m) yalnız yaşayırlar və küləyin gətirdiyi hər hansı bir qidayla qidalanırlar.
7. Dünyada ilk asma körpü ildırım çaxarkən sınaraq çayın üzərinə düşmüş ağac olub. Lakin çox sonralar insanlar təbiətin kəşfini təkmilləşdirərək daha maraqlı layihələrə imza atıblar. Maraqlısı budur ki, ilk asma körpünün müəllifi körpünün layihəsini hörümçək torundan ilhamlanaraq tərtib edib.
Könül Cəfərli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.