Tarixin ƏN VARLI adamı haqqında bunları İLK DƏFƏ biləcəksiniz - FOTOLAR
20-07-2017, 09:41
1459-cu ildə anadan olan alman bankir və tacir Yakob Fuger bu gün yaşasaydı, sərvəti Bill Geyts, Varren Buffet, Karlos Slim və Mark Zukerberqin sərvətinin toplamından daha çox olardı…
teref.az xəbər verir ki, onun həyat hekayəsini qələmə alan Qreq Steynmetz Fugerin sərvətinin 400 milyard dollar olduğunu qeyd edib.
Amerikanın “Wall Street” qəzetində işləyən Qreq dünyanın ən zəngin adamı haqqında kitab yazıb və kitabın da adını elə bu formada qoyub.
Yazar kitabında “Fuger tarixin gəlmiş-keçmiş ən varlı insanı, ən güclü bankiridir. Onun dövründə Almaniya Renessansı yaşayırdı və dünyanı sadəcə iki insan idarə edirdi: Roma imperatoru və Papa. Onların hər ikisi Fugeri maliyyələşdirirdi. Tarixdə heç bir bank sahibi bu qədər güc və sərvət sahibi olmadı”.
Araşdırmaçı-yazar Fugerin dünya tarixini belə dəyişdirəcək gücə sahib olduğunu vurğulayıb:
“O, İspaniya kralı I Karlosun V Şarlken kimi Roma İmperatoru seçilməsi üçün böyük miqdarda rüşvət dağıtdı. V Şarlken isə dünyanı müstəmləkə halına çevirdi. Əgər taxta o, oturmasayadı, tarix həminki tarix olmayacaqdı”.
Bəs niyə bu qədər zəngin bir insanı çox az adam tanıyır?
Steynmetzə görə, bunun səbəblərindən biri Fugerin alman olması və ingiliscə danışan bir dünyada tanınmamasıdır. Yazarı Fugerin tərcümeyi-halını araşdırmağa təşviq edən səbəb də məhz bu, olub. O, redaktor işlədiyi dövrdə Fugerin adını tez-tez eşidib, ancaq onun haqqında bir ədəd də olsa ingiliscə mənbə tapa bilməyib.
Onun tanınmamasının səbəblərindən biri də nə papa, nə də imperator olmaq istəməsi olub.
Fuger Renessans dövründə heç bir sənətçiyə dəstək olmadığı kimi, saray və yaxud kilsə də tikdirməyib. Etdiyi ən məşhur iş isə Almaniyanın cənubundakı Auqusburq əyalətində tikdirdiyi sosial mənzillər olub. Fugerin tikdirdiyi bu mənzillərdə yaşayanlar hələ də ildə sadəcə 1 ABŞ dolları kirayə xərci ödəyir.
Yazar çoxumuzun bilməməsinə rəğmən, Fugerin gördüyü işlərin təsirinin hələ də hiss edildiyini deyib.
Müasir insanlığın Fugerə borclu olduğu 5 nüans
İlk beynəlxalq iqtisadi fəaliyyət
Fugerin yaşadığı dövrdə iqtisadi fəaliyyətlərin sərhədi məhdud olub. Varlılar kəndlilərin torpaqlarında yaşayar, kəndlilər isə bunun qarşılığında təhlükəsizlikdə olarmış. Fuger isə kəndlilərə verdiyi kreditlərin qarşılığında mədənçıxarma haqqı əldə edib, mis və gümüş ticarətini tamamilə ələ keçirib.
Beləliklə, Fuger kapitalizmin qurucularından birinə çevrilib.
İlk xəbər xidməti
O, bilginin dəyərli olduğunu bilirdi və buna görə bütün bilgilərə rəqiblərindən qabaq sahib olmaq istəyib.
Bu səbəblə fərqli şəhərlərdəki siyasi və ticari fəaliyyətlər haqqında bilgi gətirən çaparlara maaş verib.
Fugerin bu ənənəsini davam etdirən xələfləri sonradan Fuger Bülletenləri qurub. Beləliklə, dünyada ilk qəzet tipli xəbər qaynağı yaranıb.
Müasir anlamda “ilk bank hesabı”
Katolik kilsəsi günah olduğu üçün faiz verilməsini qadağan etmişdi. Fuger bu qadağanı aradan qaldırıb və Auqusburqdakı bankına pul qoyanlara illik 5% vəd edib.
Səyahətçiləri maliyyələşdirmək
Xristofor Kolumbun Amerikanı kəşf etməsindən sonra kəşflərin iqtisadi potensialı ilə maraqlanan Fuger Hindistana edilən ilk səyahətin xərclərini qarşılayıb. Həmiçinin, Magellannın səyahətini maliyyələşdirən varlılardan biri də Fuger olub.
5. Protestant Reformasiyanına təkan
Yakob Fugerin Vatikanla ortak gördüyü işlərdən biri günahların əfv edilməsini satmaq olub. Bankir bunu St. Pietro kilsəsinin inşa edilməsi xərclərini qarşılamaqla həyata keçirib.
Məhz bu tətbiqə qarşı çıxan Martin Lüterin bünövrəsini qoyduğu reformasiya hərəkatının bu il 500 yaşı qeyd ediləcək. (publika.az)