MTN generalların məhkəməsində yeni müəmma: - "Onları tanımırıq"
21-07-2017, 18:52
Sabunçu rayon məhkəməsinin inzibati binasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan proses qapalı keçirilib.
İclasda sahibkarlar və digər vətəndaşların qanunsuz dinlənilməsi epizodu üzrə sabiq MTN əməkdaşları və hazırda DTX-da işləyən şəxslər ifadə veriblər.
Zərərçəkmiş şəxslər bu iş üzrə həbsdə olan MTN-çiləri tanımadıqlarını deyiblər. Epizodlar digər cinayət işi üzrə təqsirləndirilən generallar – Akif Çovdarov və Elçşin Quliyevlə bağlı olub. Zərərçəkmişlər bu işdə təqsirləndirilən Teymur Quliyev və Natəvan Mürvətovanın idarəsi tərəfindən dinlənildiyindən həmin şəxslər bu prosesdə də dindiriliblər.
Məhkəmə prosesi iyulun 27-də davam etdiriləcək.
***
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.
Prosesin bir hissədi qapalı keçirilib.
Məhkəmədə sahibkarlar və digər vətəndaşların qanunsuz dinlənilməsi epizodu üzrə sabiq MTN əməkdaşları və hazırda DTX-da işləyən şəxslər dindiriliblər.
Zərərçəkmiş şəxslər bu iş üzrə həbsdə olan MTN-çiləri tanımadıqlarını deyiblər. Epizodlar digər cinayət işi üzrə təqsirləndirilən generallar – Akif Çovdarov və Elçin Quliyevlə bağlı olub. Zərərçəkmişlər bu iş üzrə təqsirləndirilən Teymur Quliyev və Natəvan Mürvətovanın Monitorinq Mərkəzi tərəfindən dinlənildiyindən, həmin əməkdaşlar prosesdə də dindiriliblər.
Məhkəmə iyulun 27-də davam edəcək.
Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.
Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.