Ermənistanda qalmış azərbaycanlılar

29-07-2017, 21:54           
Ermənistanda qalmış azərbaycanlılar
Üç rayonun bir neçə kəndində qalmış bu insanlar əslində kimdir?

Erməni jurnalist Arman Akopyan Ermənistanın üç rayonun bir neçə kəndində etnik azərbaycanlıların hələ də qalıb yaşadığını iddia edib.

İstiPress-in məlumatına görə, “Dalma News” üçün Cənubi Qafqazdakı etnik proseslər barədə xüsusi olaraq üç məqalə hazırlamış Arman Akopyan Ermənistana həsr etdiyi məqaləsində bildirir: “Stepanavan və Taşir (Kalinino - red.) yaxınlığındakı bir neçə kənddə, həmçinin Ararat vadisində (Vedi və Masis rayonlarında - red.) etnik azərbaycanlılar yaşayır”.

Arman Akopyan yetərincə ciddi jurnalistdir və Qafqazda gedən etnik proseslər barədə ermənilər içində ən obyektiv danışanlardandır. Məsələn, bütün erməni jurnalistləri həmişə Azərbaycanın etnik azlıqlarının - ləzgilərin, talışların, avarların, tatların və kürdlərin separatçı Qarabağ ermənilərinə dəstək verdiyini iddia edirlər.

Amma Arman Akopyan dəfələrlə bəyan edib ki, ermənilər bu məsələdə özlərini aldadırlar:

“Onlar özlərini Azərbaycan vətəndaşı sayırlar. Onlar avtoxtondurlar, amma onlardan soruşanda siz kimsiniz, deyirlər biz əvvəl azərbaycanlıyıq, sonra talışıq, tatıq və s.”, - deyə Arman Akopyan 2016-cı ilin may ayında “Kavnews”a verdiyi müsahibəsində bildirmişdi.

Frenklər - Ermənistanda yaşayan türkdilli xristianlar

Bəs, Ermənistanda yaşayan və Arman Akopyanın bəhs etdiyi bu insanlar kimlərdir? Böyük ehtmalla bunlar Ermənistanda və Gürcüstanın Axalkalaki rayonunda yaşayan frenklərin törəmələridir. Onlar xristiandırlar və bu zonada hələ Bizans zamanından yaşayırlar. Küçədə ermənicə, evdə isə qədim türk ləhcəsi ilə danışan, qriqoryan dininə məxsus olan bu insanlar barədə hələ 16-cı əsrdə Osmanlı tarixçisi İbrahim Peçevi yazmışdı. Frenklərin keşişi osmanlılara bu zonaya hələ çox qədimlərdən Trialetidən gəldiklərini bildirmişdilər.

Bu məsələ onları Bavariyada yaşayan franklarla eyniləşdirir. 14-cü əsrə qədər türkcə danışan və Orxon-Yenisey əlifbası ilə yazıb-pozan franklar Osmanlının peyda olmasından sonra ana dillərindən imtina etdilər. Franklar özlərinin Troyadan çıxdıqların bildirirlər. 19-cu əsrin sonlarına qədər qüvvədə olan tarix elminə görə, franklar, etrüsklər, pruslar, hunlar və türklər 3 min il əvvəl Troyanı tərk etmiş turların nəslidir.

Onlar Troyadan çıxdıqdan sonra Balkan yarımadasına köçmüşlər və oradan müxtəlif istiqamətlərə hərəkət etmişlər. Sonradan Osmanlıya düşmənçilik zəminində Avropa dövlətləri rəsmi tarixdən bu məsələni çıxardı. Bu nəzəriyyə yalnız özünü Troyalı Parisin törəməsi sayan siyasətçi ailələr tarəfindən nəsildən nəsilə ötürülür.

Ermənistanda yaşayan frenklər də məişət söhbətlərində özlərinin azərbaycanlılardan kiçik bir soğan qabığı (din - red.) ilə fərqləndiklərini bildirirdilər. Görünür, Arman Akopyan məhz buna görə onları etnik azərbaycanlı sayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.