Möhtərəm Sabir Rustemxanli ilə yazışmamın davamı... 8-ci bölüm
31-07-2017, 08:24
Qacar dövləti 130 il ölkəni yönətdi. Ancaq tarixdən silindiyində onu savunacaq heç bir təpki ortaya çıxmadı. Sanki heç yoxmuşlar gibi! Belə hadisə heç bir millətin tarixində olmamışdır. Qacarın yerinə Pəhləvilər çox rahatlıqla və heç bir etirazla qarşılaşmadan keçdilər. Sanki bu ölkə əvvəldən onların dədələrindən miras qalmışdı. Səbəb? Çünkü hər bir dövlətin dayandığı bir milli kimlik olmalıdır. İmperatorluq olsa da, yenə də bir millətin omuzları üzərində bərqərar olmalıdır. Qacarlar isə mənsub olduqları türklərin dillərinin, kimliklərinin, iqtisadiyatının, yaşam biçiminin gəlmişməsi üçün heç bir iş etməmişdilər. Osmanlılar da əslində bu şəkildə idi. Ancaq Osmanlıdakı millətlərin öz istiqlalları yolunda savaşmaları, Osmsanlıya saldırmaları oradakı türkləri oyanıq etdi. Türkün dışında bütün qövmlər Osmanlıya düşməncə yanşırdı. “Türkün türkdən başqa dostu yoxdur” ifadəsi də bu qoşullarda doğdu. Ərəb ölkəsi olan Məkkə və Mədinənin savunulması üçün Osmanlı özünü mükəlləf bilirdi. On minlərlə türk əsgəri, Ərəbistan və Yəmən üçün öldü. Lakin uzaqgörən bir dövlət adamı iş başında olsaydı, ərəb çöllərindəki orduları da türk yurdularına toplayıb savunma və saldırı ilkəsini mənimsərdi. Böylə zehniyyətdə dövlət adamı olsaydı, indi sadəcə Musul, Kərkuk, Bulqaristan, Makidoniya, Suriyədəki türklər Türkiyə tərkibində deyil, şimdiki Türkiyənin ərazisi də ən az iki qat daha böyük olardı. Ancaq Osmanlı zehniyyətini etkiləyəcək Atatürk gibi bir dahi olmadı. İndiki Türkiyəni də Böyük Atatürk Osmanlının küllərinin altından cəsarətlə və zorla çıxardı. Daha doğrusu Atatürk möcüzə göstərdi. Heçlikdən modern bir ölkə qurdu. Osmanlıdan Atatürkə sıfırın altında bir ölkə miras qalmışdı. Keçən yüzilin əvvəllərində Məkkə və Mədinədə görəvli olan Osmanlı-Türk paşaları II Sultan Abdulhəmidə yazırdılar ki, biz əsgərlərimizi ərəb ərazilərini qorumaq üçün qurban veririk, lakin ərəblər türkləri sevmirlər, artıq Osmanlı dövləti kəndisini Türk millətinin omuzları üzərində hiss etməlidir, yoxsa sonuc yaxşı olmayacaq. Lakin Osmanlı ağlını ərəb kültür imperyalizmi çalaraq kor etmişdi. Özünü yapay şəkildə dünya müsəlmanlarının xəlifəsi hiss edən xülyacı xəlifələr Türk ulusuna maddi-mənəvi olaraq heç bir şey miras buraxmadılar. İslam Dünyasının qalxınması üçün Osmanlının aldığı bel bükücü borcları da Türk milləti ödüyəsi oldu. Osmanlı tarixə gömülsə də, Türk milləti 1950-lərə qədər Osmanlı borcunu ödəmək zorunda qaldı.
Əvət, Qacar çökdü və Qacarı savunacaq türk kütləsi yox idi. Çünkü türklüyün aydınlanması üçün heç bir addım atılmamış, əmək sərf edilməmişdi. Türklər özləri Qacarı devirib Pəhləviləri qurmaqda öncül oldular. Pəhləvi Rza Xan da Atatürkü öykünür, onun gibi cümhuriyət qurmaq istəyirdi. Cümhuriyət qurulsaydı, sonrakı şiə inqilabı fəsadları da yaşanmazdı. Ancaq sanki mollalar daha stratejik düşünürmüşlər. Cümhuriyət qurulsaydı, mollalar əsla iqtidara gələməzdilər. İndiki molla rejiminin təməlləri Rza şah iqtidara gəldiyində atıldı. O zamanın mollaları Rza Xanın prezident olmasına etiraz etdilər, sən şah olmalısan deyə dirəndilər. Çünkü şiəlikdə cümhuriyət yoxdur şahlıq var deyə tutdurub durdular. Rza Xan üçün şah və ya prezident olmaq fərq etmirdi. Təqlidçi kor və düşüncəsiz səfəvizdə xalq mollaların arxasındaydı. Bu üzdən Rza Xan ayətullahların basqısıyla özünü şah elan etdi. Rza Xan ibtidai oxulu bitirmiş Atatürk təqlidçisi səfəvizədə bir türk idi. İki metrdən artıq boyu vardı. Uzun boyu və qətiyyəti qarşısında hər kəs aşağılıq kompleksinə girirmiş. Rza Xanın dədəsi indiki Azərbaycan Cümhuriyyətinin Qazax bölgəsindən İrana köç edibmiş. Atatürkün əlifba dəyişimini alqışlayan Rza şah İranda əlifba dəyişimini başlatmaq istədi. Lakin onun ağıl hocası yəhudi kökənli Məhəmmədəli Füruği o zaman Ankarada böyük elçi idi. Rza şah Füruğiyə məktub yazaraq Ankaranın latın əlifbasına necə keçdiyini öyrənməsini istər. Füruği isə şaha yazar ki, Atatürkün latın əlifbasına keçməsi İran türklərini fikrən və hissən Türkiyədən qoparmaq üçün bir fürsətdir. Biz də latın əlifbasına keçərsək, Atatürk ordusuz-savaşsız Azərbaycandan Xorasana qədər İranı işğal edər, İrandakı türklərin duyqu və düşüncəsini ələ keçirər. Böyləcə Rza şah da bu təklifi ağıllıca görərək əlifba dəyişimindən vaz keçər. Lakin Atatürkün türkcədə gerçəkləşdirdiyi dil arınması politikasını özümsər və farscadan minlərcə ərəb sözlərini dışladar.
Qafqazda qurulan Ermənistan cümhuriyəti də 1921-ci il mart ayında qızıl ordu tərəfindən işğal edilər. 12 min nəfərlik silahlı əsgərlərlə Zəngəzura çəkilən Daşnak ordusu yenilərək İrana keçər. 12 nəfərlik silahlı ordu Təbrizə qədər kəndləri, qəsəbələri yağmalayıb qida ehtiyacını təmin edər. 12 min silahlı ordu. Düşünün, o zaman qoşullar uyqun olsaydı, bu 12 min ordu bütün Təbriz əhalisini qətl edərək orada bir dövlət də qura bilərdi. Lakin o devirdə Rza Xan müxalif bölgəsəl qalxınmaları boğaraq mərkəzə bağlı dövlət qurmağı başarmışdı və ermənilərin də silahlı olsalar da böylə imkanları yoxdu. Rza Xanın arxasında İngiltərə durmaqda idi. Bu qədər silahlı ordu Təbrizə girərkən bir kişi də Təbrizdə bu silahlıların şəhərdə nə işi var deyə sormadı. O zaman bu Səttar Xan və Xiybani gibi saxta qəhrəmanlardan nə gibi miras qalmış bizə? Bunlar sadəcə öz soyları olan Qacarlarla savaşdamı qəhrəmandılar? Ermənilərin İranın quzeyində on minlərcə türk öldürməsi keçən yüzilin əvvəlləlrindən başlamışdı. Urmuda, Salmasda ermənilər on minlərcə türk qətl etdilər. Əhməd Kəsrəvinin yazdığına görə 1915-ci ildə Türk ordusu İranın quzeyinə və Təbrizə girməsəydi, orada erməni dövləti qurulacaqdı. Çox ilginc ki, bu istiqamətdə nə Səttar Xandan, nə də Xiyabanidən heç bir açıqlama yoxdur. Pəki, nədən biz həp qətl edilən millət olmuşuq? Bizim əllərimiz armut mu toplayırdı? Bunun səbəbi nə? Çünkü biz səfəvizədə millət olmuşuq. Savaşa girməmiz üçün bir ayətullah fətva verməliydi. Mollalarda milli duyqu və düşüncə olmamış, həp fars-İran milliyətçiliyi görüşdən yana savaş fətvaları vermişlər. Xiyabani gibi mollaların da ağlını fars milliyətçiliyi ideologiyası işğal etidiyi üçün savaşa fətva verən milli molla yox idi. Səttar Xan gibi saxta qəhrəmanlar bilə, öz ağıllarının gərəkdirdiyi zərurət üzündən savaşmırdılar, təqlid etdikləri mollaların fətvalarını həyata keçirirdilər. Bu, sadəcə İran türkləri üçün keçərli deyil, Qafqazda da öylə idi. M. S. Ordubadi “Qanlı sənələr” kitabında bir neçə örnək vermiş. Aşura mərasimi keçirən türk kənd və qəsəbələrini erməni silahlıları hamısını qətl edirmişlər. Zatən ermənilər bu xalqın səfəvizədə leşlər olduğunu gördükləri üçün belə cəsarətlənirdilər. İllər boyu erməni səni qtəl etmiş, sən də silahlanıb özünü, ailəni, xalqını, şərəfini və namusunu savunma yerinə, başını yarır, zəncir vurursansa, əlbəttə ki, düşmən belə leşlər qarşısında cəsarətlənər. Bu hadisə sadəcə, Naxcıəvanda və digər bölgələrdə olmamışdır. Şaumiyan Bakıda qətl törədəndə Təzəpir məscidinin önündə də səfəvizədə əhali baş yarir, zəncir vururdular. Hətta bu haqda o zamanın yazarlarının xatirələri də vardır və mən onlardan birini burada yazmaq istərəm:
“Məhərrəm ayı düşür. Müsəlmanlar küçələrdə dəstə ilə gəzir, sinələrinə döyə-döyə, zəncir vura-vura, baş yara-yara: «Şah Hüseyn, ya Hüseyn» çığıra-çığıra başlayırlar əzadarlığa. Şəhərin polis rəisi bu əcayib, qeyri-adi səhnəni gördükdə məəttəl qalıb, yanındakı adamdan xəbər alır: «Yahu, şu nə vəhşət. Şu zavallılar neçin uluyor, ağlıyorlar. Kim onlara işgəncə yapmış? Neçin kəndiləri kəndilərinə şöylə işgəncə veriyorlar?». Onu başa salırlar ki, imam Hüseynin qətli ilə əlaqədar matəm tuturlar. Polis rəisi içini çəkib, heyfsilənir: «Yahu! Şu havadis hicrətin ilk yüz illiyində, altmış-yetmişinci sənələrində vuqu bulmuş. O zamandan tam on üç yüz əlli il keçmiş. Şu haber, bu zavallılara nə gec gəlib çatmış.» Rəis əzadar dəstələrinin başçılarını polis müfəttişliyinə gətizdirir, sadə bir dillə onları başa salır ki, müharibə vəziyətində olan şəhərdə yığıncaq və nümayiş qadağan edilib. Gedin, məscidə toplaşın, ədəb dairəsində həzrəti Hüseynə matəm saxlayın. Zaman keçib, əsr dəyişib... Əzadarlar rəisin sözlərini qulaqardına vurub, sabahı gün yenə düşürlər küçələrə... Polis rəisi dörd əsgər göndərib, dəstəni birbaşa apartdırır vağzala. Ağsaqqallar polis rəisinin yanına iltimasa gəlirlər. Cavab verir ki: «gavur ingilislər Kərbəlanı istila edib, imam Hüseynin türbəsini murdarlayırlar. Şu əzadarları göndərəcəyəm Batuma, orda gəmilərə doldurub, birbaşa aparacaqlar Ərəbistana. Qoy gedib, Hüseynin türbəsini kafir ingilislərdən azad etsinlər, şəhid olanlar cənnətə gedər. Şurada boş-boşuna bağırmaqdan, qadın təki göz yaşı axıdıb, ağlamaqdan fayda yox. Nə tühaf həriflərsiniz, yahu, kişi də ağlarmı? Göz yaşı axıdarmı?» Camaatın arasına vəlvələ düşür, başlayırlar ağlaşmağa, yalvarmağa. Əzadarları bir gecə vağzalda saxlayırlar. Şəhərin bir neçə hörmətli şəxsi polis rəisinin yanına minnətə gedir. Nəhayət, polis rəisi deyir: «Pək iyi, Kərbəlaya, Ərəbistana yollamam, hala Dərbənddə gavur Denikinlə vuruşuruq, oraya yollarım, qoy orada rəşadət göstərib, din, islam yolunda cihad etsinlər». Çox yalvarışdan sonra dəstə gəzdirənləri azad edirlər. O adamlar, sadəcə küçə-bazarda görünmür, türklər Bakıdan gedənə qədər heç məscidlərə də qədəm basmayıb, bir daha heç yerdə görünmədilər.” (Mənaf Süleymanov, Eşitdiklərim, oxuduqlarım, gördüklərim, Azərbaycan Dövlət Nəşriyatı, Bakı-1987, s. 165-166.) İştə səfəvizədəlik böylə bir sayruluqdur (xəstəlikdir). İndi ermənilərin qətlləri haqqında kitablar yazırıq. Ancaq onurlu bir savunmamız haqqında yazacağımız heç bir qapsayıcı örnək yoxdur. Oysa ki, biz sayca ermənilərdən hər zaman üstün olmuşuq.
II Dünya Savaşı sıralarında rus ordusunun İranın quzeyini işğal etməsi yeni bir ortam yaratdı. Pəhləvi əsarətində yaşayan xalqda yeni bir umut ortaya çıxdı. Pişəvəri gibi bir şəxsiyyət İranda yetişə bilməzdi. Qafqazda yetişmişdi və rus dilini çox yaxşı bilirdi. Lakin Pişəvərinin zamanında səfəvizədə türklərdə ailə kültürü hələ formalaşmamışdı. Kəndlərdə, qəsəbələrdə, şəhərlərdə yeni evlənən oğlanlar gəlinin bəkarətini almaq üçün ilk gecə halal gəlinlərini kəndin, qəsəbənin, şəhərin xanına verməliydilər. Böylə çirkin bir gələnək vardı. Bu gələnəkdən gənc adamlar xoşlanmasalar da, ancaq hakim gələnək idi. Sonra Pişəvərinin sağ qolu və cangüdəni olan uzun boylu Səfər Xan qəhrəmani sırf bu üzdən 33 il zindan həyatı yaşadı. Səfərxan xatirələrində yazır ki, dörd yaşıd gəncdik, bhirimiz evləndi. Bəyi gəlinin yanına yola saldıq. Qısa sürə sonra bəy pərişan halda geri döndü. Səfər Xan səbəbini sorar və bəy “xanın adamları gəlib gəlini xana apardılar” der. Səfərxan xanın evinə girib bıçağı səfəvizdə türkün ürəyinə saplar, çəkər təkrardan bir neçə kərə səfəvizədə xanın köksünə saplar. Öldüyünə əmin olmaq üçün şah damarını kəsər. Bunun adı qutsal intiqamdır. Böylə igidlər xalqın varlığına məna qazandırarlar. Bu sıralarda qurtarıcı sandıqları rus ordusu İrana girər. Səfəvi kültüründən bezmiş olan xalq rus ordusunu qurtarıcı olaraq görər. Özəlliklə kommunizmin şüarları çox cəlbedici idi. Pişəvəri hadisəsi də bu zaman ortaya çıxar. Səfərxan da Pişəvərinin yanında yer alar. Lakin Pişəvərinin süqutundan sonra adam öldürmə suçundan Səfərxan ömürlük həbsə məhkum edilər və 33 il sonra inqilab olduğunda azadlığa buraxılar.
Ana dilinə önəm verməsi açısından Pişəvəri hərəkəti çox önəmli idi. Lakin hətta bir kərə də olsun Pişəvərinin ağzından türk sözünün çıxmaması onun nə qədər antitürk bir zehniyyətə sahib olduğunu göstərir. 1918-20 arasında Qafqazda müsavarçılara qarşı da məqalələr yazmış, Türk ordusnu işğalçı olaraq nitələmişdi. Pişəvəri hərəkətinin ən sorunlu tərəfi stalinizmin uydurması olan azərbaycançılığı ölkəmizdə yayqınlaşdırmaısı olmuşdur. Digər sorunlu tərəfi türk yurdlarının ortasında Kürdistan hökümətinin qurulmansına izin verilməsiydi. Çünkü o da Nərimanov gibi yapay millətlər qardaşlığına inanır və ölkəmizin bir qismini başqa millətə bağışlama səxavətində bulunurdu. Oysa Kürdlərin başkəndi əhalisinin çoxu türk olan Savcıbulaq deyil, əhalisinin tamamı kürd olan və ən böyük kürd şəhri olan Sənəndəc olmalıydı. Sənəndəcin olmamasını anlamaq olar. O zaman Sənəndəc Sovetlərin işğalında deyil, İngiltərənin işğalında idi. İranın quzeyində Təbriz və Savcıbulaq mərkəzli yerəl hökümətlərin qurulması da rus iradəsiylə gerçəkləşmişdi və İngiltərə buna qarşı idi. O zaman Pişəvərinin əlində böyük fürsət vardı. Lakin bu fürsəti qullanmaq üçün milli türk zehniyyətinə sahib deyildi. Rus ordusu İrandan çıxdıqdan sonra Pişəvəri Qərb yanlısı və Qərbi ittifaqa çağıran bir bəyaniyə yayaraq sovetlərə qarşı çıxmalıydı. Ayaqda durmanın və başarının tək şansı bu idi. Milli mübarizədə Qərbin dəstəyini almanın yollarını denəməliydi. Lakin Pişəvəri kommunist dünyagörüşündən ayrılmadığı üçün şərəfli bir milli mücadiləyə başlayıb ölkəsini qurtaramadı, Bakıda mənasız bir ölümlə həyatı son buldu. Pişəvəri ideoloji mənsibiyyətini xalqının qurtuluşuna tərcih etdi və buna anladığından, artıq çox gec idi. KGB arşivindən çıxarılan və ərəb əlifbasında yazılan Pişəvərinin tüm xatirələrini oxuyan biri gibi bunları yazıram. Dünyada gəlişən konjönktörü nə özü, nə də yanında olması gərəkən bir bilgə oxuya bildi. Politikacı deyildi və dövlət adamı olma yetənəyindən yoxsundu. Bunun üçün o, Leninin deyil, Atatürkün həyatını bilib örnək almalıydı. Oysa qalıb savaşsaydı, mütləq qalib gələcəkdi. Çünkü İranın ordusu yox idi. İngiltərə və Sovetlər tərəfindən İran ordusu çökərtilmişdi. Təbrizi Tehrandan gələn ordunun işğal edib qətl törətməsi də iftira və yalndır. Rus orudusu və Pişəvəri getdikdən sonra Səfəvi mollaları fətva yaydılar və səfəvizədə Təbriz əhalisi Şah İsmayılın zamanında olduğu gibi silahları əllərindən alınaraq savunmasız buraxılan fədailəri baltalayıb öldürdülər. Hətta Təbrizin girişində ordu bir həftə durub bəklədi ki, səfəvizdə Təbriz əhalisi fədailəri tam olaraq öldürüb bitirsinlər . Çünkü Şah şəhərdə ordunun qətl törətməyəciyi haqda Qərb ölkələrinə söz veribmiş. Bu üzdən fədailərin qətlini yerli səfəvizədə əhaliyə və onların molla-feodal ağalarına buraxdı. Bir həftə sonra ordu şəhərə girib asayişi bərqərar edir!
Pişəvərinin ən önəmli xətalarından biri də “qızılbaş” adında ordu təşkil etməsiydi. Bu, Türkiyəyə və türklüyə qarşı açıqca bir duruş sərgiləməkdən ibarət idi. İlginc olan da Pişəvərinin şahsevənlərdən (qızlbaşlardan) zülm görməsinə qarşın böylə bir girişimdə bulunmasıydı. 1931-ci ildə Pişəvərinin məhkəməsi olur. Məhkəmədə ondan “atan Bakıya niyə köçdü?” deyə sorulduğunda “Şahsevənlər (qızılbaşlar) Xalxalı və bütün kəndləri yağmaladılar. Toyuğumuzu, unumuzu, yumurtalarımızı belə yağmalayıb apardılar. Artıq həyatda qala bilməmiz üçün şansımız yox idi. Bu üzdən atam iş tapıb ailəsini keçindirə bilmək üçün Bakıya köçdü” deyə cavab verər. Böylə bir acını yaşayan biri necə olur da ordusuna qızılbaş adı verir. Bəlli ki, bu, bir rus sovet planı imiş.
Azərbaycançılıq ideologiyası, özəlliklə Sovetlər dağıldıqdan sonra İranın quzeyindəki türklərdə təhlükəli bir duruma gəldi. Çünkü azərbaycançılıq adı altında milli türk şəxsiyyəti yetişdirmək mümkün deyildir. Mən bu ideologiyanın uzun müddət təbliğatçısı olsam da, daha sonra bunun türk ulusal kimliyi üçün bir tələ olduğunu sezdim. İranda yaşayan türkləri bu ideologiya adı altında qurtarmaq olanaqsızdır. Azərbayacan Respublikasından gələn bu “azərbaycançılıq” ideologiyasını fars milliyətçi çevrələr dərhal qaparaq qəbul etdilər və bütün söyləmlərində qullanılır hala gətirdilər. Çünkü onlar üçün təhlükəli olan türklükdür. Azərbaycançılıq isə onlar üçün təhdid sayılan türklüyə qarşı bir fürsətdir. Bu üzdən “azərbaycan dili” nitələnməsini qəbul edib “zəbani-azərbaycani” ifadəsini sıxca qullanırlar. Çünkü bu tür dil nitələməsində onlar azəri kimliyini türk kimliyinə qarşı yaşatmış olur və bizim Türkiyə ilə dilsəl və kimliksəl inteqrasionumuzu önləyirlər. Oysa bizim tək qurtuluş yolumuz modern türkcə ilə bütünləşməkdədir.
......................... sayqılar
Guntay Gencalp
teref.az