​Ondan bütün SSRİ-də yalnız Bakıda vardı

31-07-2017, 09:37           
​Ondan bütün SSRİ-də yalnız Bakıda vardı
Qədim dövrlərdə qızmar istilərdən əziyyət çəkən hökmdarlar sərinlənmək üçün xüsusi xidmətçilər saxlayırdılar. Onlar cənablarının istirahət otağına və ya saraya yelpiklə daxil olur, hökmdarları sərinlədirdilər. Lakin bu xidmətçilər XVII əsrdən işsiz qaldılar, çünki Avropaya şərqdən bükülən yelpiklər gətirildi.
Publika.az xəbər verir ki, yalnız on səkkizinci yüzillikdə insanın iştirakı olmadan sərinliyi yaratmış birinci mexaniki cihaz ixtira edildi.
Əgər kondisionerlər haqqında elm mövcud olsaydı, onda onun banisi böyük rus alimi Mixail Lomonosov hesab edilərdi. Məhz o, 1763-cü ildə, "mədənlərdə havanın sərbəst hərəkəti" elmi əsərində "hava hərəkətinin nəzəriyyəsini" təsvir etdi, hansı ki, bu kondisioneri ilk yaradanlar dönüş nöqtəsi oldu. Məsələ burasındadır ki, soyuducu maşınların ilk ixtiraçıları Mixail Lomonosovun elmi əsərinə istinad edirdilər.
1815-ci ildə fransız Jan Şabannes şəxsi metodu olan binaların kondisiyalaşmasını patentlədi. Məhz 1815-ci ildən sonra ingilis dilində yeni söz "condition" və "air" sözlərinin birləşməsindən kondisioner sözü yarandı. Paradoks ondan ibarət idi ki, fransız ixtiraçısı otaqların soyudulmasının yalnız nəzəri metodunu hazırlaya bildi, amma bunun real texniki təcəssümünü gözləmək üçün bir əsr gözləmək lazım gəldi.
Yalnız Uillis Karrier 1902-ci ildə öz əlləri ilə istehsalı optimallaşdırmaq məqsədi ilə havanı soyudanın maşının birinci nümunəsini yarada bildi. Onun texniki maşını Bruklin mətbəəsinin keyfiyyətinə təsir etdi. Mətbəənin işçiləri heyran qalmışdılar. Axı mətbəədə iş üçün rahat temperatur vardı. Yeri gəlmişkən, Uillisin adını daşıyan "Carrier" şirkəti bu gün dünyada kondisionerlərin aparıcı istehsalçılarından biridir.
Bundan 20 il sonra iş adamları kondisionerlərdən biznesin idarə edilməsi üçün istifadə etmək qərarına gəldilər.
Detroyt univermağında quraşdırılmış kondisioner öz sahibini varlandırdı: mağazadan gəlirləri dəfələrə artdı. Tədricən ictimai yerlərin kondisiyalaşdırılması erası başlandı. Tezliklə evləri soyudan aparatı qurmağı arzu edənlər də tapıldı.
Öz quruluşuna görə müasir kondisionerləri xatırladan soyuducu aparatlar ilk dəfə 1929-cu ildə "GeneralElectric" firması tərəfindən istehsal olunub satışa çıxarıldı. Bunlar ilk otaq kondisionerləri idi.
Lakin "General Electric" kondisionerləri partlayış təhlükəsi olan ammonyakda işləyirdi. Ölümlə nəticələnmiş bir neçə bədbəxt hadisədən sonra istehsalçı uzaq təhlükəli elementləri kondisionerdən çıxardı.
Sovet dövründə ilk kondisioner 1975-ci ildə Bakıda istehsal olunub. Qeyd edək ki, bu kondisionerlər ilk dəfə yapon texnologiyası ilə "BK" adı ilə paytaxtımızda, Yaponiyanın "Hitachi" firmasının dəstəyi ilə satışa çıxarılıb. "BK" bütün SSRİ-nin təkrarolunmaz və yeganə kondisioneri hesab olunurdu. O, səsli olmasına baxmayaraq o dövrdə kifayət qədər baha – 350 rubla idi. Bu arada bir maraqlı faktı da nəzərinizə çatdıraq – "BK" bütün SSRİ-də çox yaxşı satılırdı və keyfiyyəti ilə ad çıxarmışdı. Üstəlik, o, Avstarliya və hətta uzaq Kubaya da ixrac olunurdu. Yeri gəlmişkən, Bakımızda və respublikamızın digər şəhərlərində hələ də "BK" kondisionerlərinə rast gəlmək mümkündür. Paytaxtımızın və digər şəhərlərimizin bəzi sakinləri indiyədək "BK" kondisionerlərindən istifadə edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.