Alimlər ilk dəfə Günəş atmosferinin üst təbəqələrində maqnit sahəsini araşdırıblar

10-08-2017, 01:16           

Dünyada ilk dəfə elm adamları Günəşdən ultrabənövşəyi işığın polyarizasiyasını müşahidə edərək Günəş atmosferinin üst təbəqələrində maqnit sahəsini araşdırıblar.

teref.az AZƏRTAC-a istinadən bildirir ki, onlar bunu CLASP səsli raket sınaqlarının verdiyi məlumatları təhlil edərək həyata keçiriblər.

Məlumatlar göstərir ki, Günəş xromosferinin və keçid bölgəsinin strukturları gözləniləndən daha mürəkkəbdir. Hazırda CLASP layihəsində ultrabənövşəyi spektropolyarimetriya metodu işlədilib. Bu metod Günəş atmosferindəki aktivliyi daha yaxşı öyrənmək üçün üst xromosfer və keçid bölgəsində olan maqnit sahələrinin gələcək araşdırmalarında istifadə edilə bilər.

Yaponiyanın CLASP komandasının layihə rəhbəri Ryoko İshikava nəticələrin əhəmiyyətini qeyd edərək ultrabənövşəyi spektropolyarimetriyanın Günəş fizikası tədqiqatları üçün yeni bir pəncərə açdığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.