"Cəfər Cabbarlının beyini məzarından götürülərək, analiz edilib"- Maraqlı versiya

7-12-2017, 09:53           
"Cəfər Cabbarlının beyini məzarından götürülərək, analiz edilib"- Maraqlı versiya
Böyük dramaturq, gənc yaşında dünyasını dəyişən ədəbiyyat, mədəniyyət xadimi Cəfər Cabbarlı xüsusi fitri istedad sahibi kimi bu gün ən az araşdırılan bir şəxsiyyətdir. Onun daha çox dram əsərləri və ədəbi yaradıcılığı araşdırmaçıların diqqətində olub. Təbii ki, həyatna da toxulunub. Amma 20 yaşında şedevrlər yaradan Cəfərin dahiliyi bir o qədər də diqqət mərkəzində olmayıb. Həmçinin, onun həyatı barəsində bəzi faktlar da yanlış göstərilib.

Musiqişünas alim, professor Abbasqulu Nəcəfzadə “facebook” sosial şəbəkəsindəki böyük bir səhifənin Cəfər Cabbarlı ilə bağlı tanıtımında bu səhvləri aşkara çıxarıb:

“”Belə-belə işlər” səhifəsinin dahi Cəfər Cabbarlı haqqında paylaşdığı süjet çox maraqlıdır və burada hər şey gözəldir. Amma Cəfər Cabbarlı sovet ideologiyasına görə, kasıb ailənin övladı kimi təqdim olunur. Bu heç də belə olmayıb. Cəfərin qardaşı Hüseynqulunun qapısında nökərləri, qulluqçuları olub, Xızıda böyük sürüsü, mal-qarası, onlara baxan bir neçə çobanı olub. Bir baxın, Cəfər Cabbarlının ilk təhsil aldığı məktəblərdə yoxsul təbəqənin uşaqları oxuya bilərdimi? Cəfər yoxsul ailənin övladı olsaydı, 9 yaşında “Leyli və Məcnun” operasına heç tamaşa edə bilərdimi? Cəfərin atasının əmisi oğlu Hacı Əliəkbər (o, Cəfərin bibisi Aşıq Zərnişanın əri idi) də Bakının çox zəngin, varlı tacirlərindən biri idi. Onun təkcə İcərişəhərdə 9 dükanı vardı. Tanınmış sənətkar, AMK-nın müəllimi Mahmud Salah bu ailənin nəticəsidir. Həmin dövrdə Xızıdan Bakıya kasıb ailələr gələ bilməzdi. Yalnız zəngin ailələr Bakıda yaxud ətraf kəndlərdə ev-eşik, həyat-baca alıb məskunlaşırdılar. Cəfərgil də belə ailələrdən biri idi. Dağlı tarixindən yazanlar bu məqamlara diqqət yetirməlidirlər”.

Cəfər Cabbarlı haqqında səsləndirilən fərziyyələrdən biri də guya onun beyninin ölümündən sonra oğurlanması olub.

Abbasqulu Nəcəfzadə Moderator.az-a açıqlamasında bu ehtimal barəsində fərziyyələrini irəli sürüb:

“"Oğurlanmaq" belədir ki, dövlət yəqin ki, qərar verib, məzardan beyni götürülüb analiz edilib. Bu, inandırıcıdır, çünki o qeri-adi insan olub, ruhlarla təmas qurub. Görmədiyi tarixi, ictimai-siyasi hadisələri elə canlandırıb ki, sanki hadisələrin iştirakçısı olub. Bu da hər kəsdə şübhə yaradıb, ona görə Cəfərin beyni marağa səbəb olub, laboratoriyalarda analiz edilməsi inandırıcıdır. Mən bütün sahələri qoyuram kənara, musiqişünaslıqla bağlı Cəfərin gördüyü işlər hələ yetərincə araşdırılmayıb. Bununla tədqiqat əsəri hazırlayıram. Dəhşətə gəlirəm, gizli imzalarla 15-16 yaşdan etibarən elə təhlillər aparır ki, bunu ancaq ali təhsilli musiqişünaslar yaza bilərdi...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.