Ukrayna səmasında vurulan Malayziya təyyarəsi barədə daha bir versiya...

8-12-2017, 09:42           

Yuri Baturin - Ukrayna Silahlı Qüvvələrinin sabiq mayoru - jurnalistlərə açıqlamasında bildirib ki, 2014-cü ilin iyulunda Donetsk Vilayətində qəzaya uğramış Malayziya Boeing-i, o vaxtlar Kiyev hakimiyyətinə tabe olan Zoroşenskoe kəndindən vurulub.

Onun sözlərinə görə, aviaqəza baş verən dövrdə o, zenit-raket qoşunlarının А-1215 hərbi hissənin komanda məntəqəsinin rəisi vəzifəsində Xarkovka çalışıb, qəza günü isə Boeing-i indikatorlarda şəxsən görüb.

FaktXəbər-in məlumatına görə, bu haqda "Zvezda" telekanalının saytı yazır.

Baturin vurğulayıb ki, qəzadan bir neçə gün sonra Xarkov yaxınlığındakı komanda məntəqəsinə hərbçilər gəlmişdi. Onlar 156-ci zenit-raket alayının texnikasını Zaroşenskoe kəndinə köçürürdülər. Həmin texnikanın tərkibində "Buk" Zenit-raket Kompleksi də olub.

Faktları müqayisə edərkən, sabiq mayor başa düşüb ki, radarın ekranında Boeing MH17 nişanı zenit idarə olunan "Buk" zenit-raket kompleksinin fəaliyyət zonasında yoxa çıxıb. Bu zonaya "Zoroşenskoe kəndi" duruşu nöqtəsi daxildir.

"Məhz onda hər şey aydın oldu. Məhz o zaman hər şey öz yerinə düşdü. Məhz onda xəcalət çəkdim, ürək ağrısı keçirdim. Bütün dünya KİV-ləri, demək olar, eyni vaxtda və yekdilliliklə car çəkirlər ki, Rusiya mülki təyyarəni vurub, və dərhal köçürmə ilə məşğul olan dəstə gəlir. Yalnız axmaq biri bundan nəticə çıxarmaz",- deyə hazırda Rusiyada yaşayan keçmiş hərbçi bəyan edib.

Xatırladaq ki, Amsterdamdan МН17 reysi ilə Kuala-Lumpura uçan, "Malayziya hava yollarının" Boeing 777 təyyarəsi 17 iyul 2014-cü il tarixində Donetsk vilayətində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 298 nəfərin hamısı həlak olub.

Donbas münaqişəsinin iştirakçıları bu faciədə günahkar olduqlarını indiyədək inkar edir və əks tərəfi günahlandırırlar.

Hazırda Niderland, Belçika, Avstraliya və Ukrayna nümayəndələrinin daxil olduğu birgə istintaq qrupu qəza ilə bağlı araşdırmaları davam etdirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.