Azərbaycanda ölümünə vaxt qoydular, Türkiyədə sağaldı

5-03-2018, 09:59           
Azərbaycanda ölümünə vaxt qoydular, Türkiyədə sağaldı
Azərbaycanda həkimlərin ürək əməliyyatı etməyin riskli olduğunu dedikləri və 2 ay vaxt qoyduqları 50 yaşlı azərbaycanlı Rəsmiyyə Vəliyeva Türkiyədə uğurla əməliyyat olunaraq sağlamlığına qovuşub.

Qaynarinfo.az xəbər verir ki, Ərzincan Mengücek Qazi Təhsil və Araşdırma Xəstəxanasında əməliyyat olunan 50 yaşlı azərbaycanlı vəziyyətinin yaxşı olduğunu bildirib:

"Türkiyədəki tanışlarımız vasitəsilə ürəyimin "anji"sunu doktor Alpər Onka göndərdik. Sonra özü bizi Türkiyəyə dəvət etdi. Dəvəti üzrə Ərzincana gəldim və əməliyyat olundum. Əməliyyat çox gözəl keçdi və sağlamlığıma qovuşdum. Ölümün bir addımlığından məni türkiyəli həkimlər xilas etdi".

R.Vəliyevanın bacısı Şəlalə Əhmədova isə, "Azərbaycanda qalsaydıq, bəlkə də onu itirmişdik", - deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru