Ermənistanda həyəcan TƏBİLİ: - Sarkisyan tarixi təhrif etdirir

6-03-2018, 11:49           
Ermənistanda həyəcan TƏBİLİ: - Sarkisyan tarixi təhrif etdirir
Ermənistan indi də öz yaxın tarixi ilə bağlı faktları təhrif etməklə məşğuldur. Ermənistan mətbuatı Ermənistanın yeni tarixinin təhrif olunması ilə bağlı həyəcan təbili çalır.

Hazırda müzakirə olunan mövzu Ermənistanın yeni tarixində daha çox prezident seçkiləri və bununla bağlı hadisələrin Ermənistanın indiki hakim təbəqələrinin xeyrinə göstərilməsidir.

Qeyd olunan mövzu tək təhrif olunma deyil eyni zamanda təzadların da olmasıdır. Belə ki, bir çox hadisələr çox Serj Sarkisyan hakimiyyətinin xeyrinə göstərilərək təhrif olunur.

“Bu hadisələr 9-cu sinif tarix kitablarında bir cür göstərildiyi halda 12-ci sinfin tarix kitablarında başqa cür göstərilir. Bu da şagirdlər arasında çaşğınlığa gətirib çıxarır” –deyə ermənə mediası yazıb.


“2003-cü ilin seçkiləri sadəcə 4-cü prezident seçkiləri kimi göstərilir. Onun ardınca baş verən hadisələr, aksiyalar və həbslər barəsində heç bir kəlmə də qeyd olunamayıb. 2003-cü il seçkilərində hakimiyyətin xalq tərəfindən dəstəkləndiyinə Konstitutsiya məhkəməsi də şübhə edirdi” –deyə əlavə olunub.

2008-ci ilin mart hadisələri də təhrif olunur. Həmin hadisələr ki, Serj Sarkisyanın prezident seçilməsinə qarşı kütləvi nümayişlər keçirilirdi.

Mitinqlər zamanı polisin zorakılığı nəticəsində 10 nəfər ölmüşdü. Ermənistan mətbuatı yazıb ki, tarix dərsliklərində ölümlər, mitinqlərin dağıdılması və digər hadisələr barəsində bəhs edilmir.


Bundan əvvəl də ABŞ-da oxuyan bir qrup erməni tələbə erməni tarixinin təhrif olunduğunu vurğulayırdılar.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov Modern.az saytına deyib ki, ermənilər hər zaman digər böyük qüvvələrin əlində oyuncaq, alət olublar.

“Ermənistan tarixi 1918-ci ildə bizim öz səhvimizin nəticəsində yəni Milli Şuranın 9 min kvadrat kilometrlik tarixi Azərbaycan torpaqlarını onlara verilməsi ilə başlayır.

Onlar bunun qarşılığında qonşuluq yox cinayət siysəti yeridiblər. Onların tarixləri yoxdur, bunu onlar özləri yaxşı bilirlər. Bunu sübut etməyə ehtiyac yoxdur. Bunu biz hər zaman deməliyik”-deyə C.Bəhramov bildirib.

Onun sözlərinə görə, Tarix İnstitutu keçən ilin iyulunda bununla bağlı qərar qəbul edib.

“Prezidentin 2016-cı ildə imzaladığı Strateji Yol Xəritəsinin 7- ci bölməsində elmi yeniliklərin tədqiqi məsələsi qoyulub. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu həmin məsələ ilə bağlı qərar qəbul edib ki, tarixlə bağlı yeni televiziya kanalı açılsın və 24 saat bu həqiqətlər bütün dünyaya çatdırılsın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.