İsrailin başı bəlada: Hərbi xidmətlə bağlı qanuna görə hökumət çat verdi

8-03-2018, 02:11           

İsrailin başı bəlada: Hərbi xidmətlə bağlı qanuna görə hökumət çat verdi
Want create site? Find Free WordPress Themes and plugins.
İsrailin 6 partiyalı koalisiya hökumətində məcburi hərbi xidmət və 2019-cu il büdcəsinə dair yaşanan mübahisələr getdikcə alovlanır.

İsraildə geydikləri qara paltarlar və saçlarının favorit hissələrini uzatmaları ilə diqqəti çəkən ultra-pravoslav yəhudiləri təmsil edən iki partiyanın 2019-cu il büdcəsini təsdiq etmək üçün provaslav yəhudiləri əsgərlikdən azad edən qanun layihəsinin parlamentdən keçməsini şərt qoyması koalisiyada böhrana səbəb olub.

A24.Az xəbər verir ki, baş nazir Benyamin Netanyahu haqqında korrupsiya araşdırmaları davam edərkən indi də altı partiyalı koalisiya hökuməti daxilindəki “məcburi səfərbərlik” mübahisələri ölkə gündəmini zəbt edib.

Korrupsiya araşdırmalarıyla sıxışdırılan Netanyahu haqqında çıxış yolu kimi erkən seçki istəməsi və koalisiyadakı sözügedən böhrandan bu istiqamətdə istifadə etdiyinə dair ittihamlar səsləndirilir.


Netanyahu isə bu ittihamları rədd edərək seçkilərin 2019-cu ildə vaxtında keçirilməsini istədiyini söyləyib. Bununla yanaşı, Netanyahu bu hədəfə çatmağın mümkün olduğunu söyləmədiyini bildirib.

Son günlər aparılan sorğulara görə, İsrail parlamentində (Knesset) 30 deputatla təmsil olunan Netanyahunun partiyası Likud, ən azı 29 deputat qazanma ehtimalı ilə yenə birinci partiya olaraq görünür. Bu nəticələrin onu erkən seçki qərarı almaq məsələsində ruhlandırdığı deyilir.

Netanyahu liderliyində həddindən artıq sağçı koalisiyada Haredi partiyaları kimi tanınan Birləşmiş Tövrat (Yahudot Hatora) ilə Şas (Şərqli Tövrat Mühafizəçiləri) da yer alır.

Parlamentdə 7 millət vəkili ilə təmsil edilən səhiyyə naziri Yaakov Litzman rəhbərliyindəki Birləşmiş Tövrat Partiyası ilə 6 millət vəkilinə sahib Aryeh Deri rəhbərliyindəki Şas Partiyası, 2014-cü ildən bəri aralarında ultra-pravoslav yəhudilərin dini məktəblərində (Yeşiva) təhsil alan tələbələrə də tolerantlıq göstərmədən əsgərliyə aparılmasını əhatə edən və beləliklə, əsgər sayını artırmağı nəzərdə tutan qanun layihəsini rədd edir.

İsraildə məcburi hərbi xidmət keçməyi rədd edən ultra-pravoslav yəhudilərinə tolerantlıq göstərilir.

Koalisiya ortağı digər partiyaların zaman-zaman Haredileri də məcburi səfərbərlik xidmətinə daxil etmə səyləri və Şabatta (şənbə) iş qadağasını əsnəmə cəhdləri hökumətdə çatlar yaradır.

Buna cavab olaraq, koalisiyadakı İsrail Evimiz (Yisrael Beiteinu) partiyasının başçısı və müdafiə naziri Aviqdor Liberman isə verdiyi açıqlama ilə Haredileri xidmətdən xidmətindən azad edən qanun layihəsini rədd etdiyini bildirib.

İsrail dövlət radiosunun baş nazir Netanyahunun rəhbərlik etdiyi Likud partiyasının öndə gələn mənbələrinə istinadən verdiyi xəbərə görə, ordu haqda qanunla bağlı böhranın həll edilməyəcəyi halda növbədənkənar seçkilər keçirilə bilər. Bu xəbərdarlıq böhranın miqyasına diqqət çəkib.

Bazar günü ABŞ-a səfəri öncəsi bəyanat verən baş nazir isə “Seçkilərə getmirik, bunun üçün səbəb yoxdur” sözləri ilə böhranı ört-basdır etməyə çalışıb.


Ancaq İsrailin “Jerusalem Post” qəzeti də bazar ertəsi verdiyi xəbərlə sözügedən böhranın davam edəcəyi təqdirdə 2019-cu ilin noyabrında keçirilməsi planlaşdırılan seçkilərin gələcək iyun və ya iyul aylarında baş tutacağına işarə edib.

Həmin xəbərdə Haredileri təmsil edən partiyaların Haredilerin əsgərlikdən azad edilməyəcəyi halda hərbi xidmətə dair qanun layihəsini təsdiq etməyəcəkəri bildirilib. Birləşmiş Tövrat Partiyasının sədri və səhiyyə saziri Litzmanın bu sözlərini qeyd olunub:

“Haredileri əsgərlikdən azad edən qanun layihəsi qəbul edilmədən 2019-cu il büdcəsini təsdiq etməyimiz mümkün deyil. Sözügedən qanun layihəsi Likud ilə koalisiya qurmaq üçün şərtimizdir. Koalisiyanın davam etməsini istəyən bütün tərəflərdən bu layihənin həyata keçməsinə dəstək gözləyirik”.


İsrail prezidenti Reuven Rivlin də koalisiya hökumətində getdikcə dərinləşən böhranın həll olunması üçün görüş bəyan edərək xəbərdarlıq edib.

İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Lid (Lod) şəhərində Jurnalistika Şurası tərəfindən bazar günü keçirilən konfransa qatılan prezident Rivlin “Bu problemin həlli zorlamaqla deyil, uyğun bir müqavilə ilə ola bilər. Bu məsələni danışıqlar yolu ilə həll etməsək, siyasi arenadakı qeyri-sabitlik davam edəcək”, – deyə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.