Britaniya polisi: Sergey Skripalın zəhərləndirilməsində kimyəvi maddədən istifadə edilib

8-03-2018, 09:18           
Britaniya polisi: Sergey Skripalın zəhərləndirilməsində kimyəvi maddədən istifadə edilib
Britaniya hökumətinin təcili hallar komitəsi bundan öncə Sergey Skripal və onun 33 yaşlı qızının zəhərlənməsi ilə bağlı insidentlə əlaqədar çərşənbə günü yeni məlumatlar təqdim edib.

Mark Rouli
“Bu insident əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddədən istifadə edilməklə sui-qəsd cəhdi kimi təhqiq edilir”, polisin əks-terror şöbəsinin komissarının müavini Mark Roli bildirib. O deyib ki, Skripal və onun qızının vəziyyəti ağır olaraq qalır.

Rouli hansı kimyəvi maddədən istifadə edildiyi ilə bağlı məlumat verməyib.


​Skripal və onun qızı Yuliya keçən bazar günü Britaniyanın cənubunda yerləşən Salsbury şəhərindəki parkda huşlarını itirmiş vəziyyətdə tapılıblar.

İnsidentin ardınca Britaniya qanunvericiləri ölkədə son illər Rusiya kəşfiyyat agentlikləri ilə bağlı olduğu mümkün olan şübhəli ölüm hallarının təcili təhqiq edilməsi haqda çağırışlar edib.

Britaniyanın xarici işlər naziri Boris Conson
Britaniyanın xarici işlər naziri Boris Conson çərşənbə axşamı günü Kremln insidentə görə məsuliyyət daşıdığı aşkar edilsə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyi ilə hədələyib.

Onun bu açıqlamaları Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova tərəfindən tənqidlə qarşılanıb ("Amerikanın səsi").












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.