Adada tapılan 54 kəsilmiş insan əlinin sirri ortaya çıxdı

11-03-2018, 12:14           

Bir müddə öncə rusiyalı balıqçılar Sibirdə, Rusiya-Çin sərhəddinin yaxınlığında yerləşən Amur River adasında içində kəsilmiş insan əlləri olan çanta tapıblar.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Xabarovsk polisinin apardığı araşdırmalar zamanı əllərin 27 insana aid olduğu məlum olub.

Araşdırma komitəsi tapılan əllərin haradan gəlməsi ilə bağlı iddia irəli sürüb. Lakin bu iddia həqiqəti tam olaraq əks etdirmir. Belə ki, iddiaya görə 54 əl hansısa ədliyyə laboratoriyası və ya xəstəxanasından götürülmüş və yanlışlıqla bu adaya düşmüş ola bilər.

Çantadan həmçinin bir neçə bint və qaloş da çıxıb.

Qeyd edək ki, Rusiyada bəzən naməlum bir şəxs dünyasını dəyişdikdə, sonradan onun kimliyini müəyyənləşdirmək üçün barmaq izlərini qoruyub saxlamaq məqsədilə əlini kəsirlər. Digər bir tərəfdən isə bunun üçün bir əlin kəsilməsi yetərli olduğu halda, çantadan 27 nəfərin hər iki əli çıxıb.

Həmçinin barmaq izlərini araşdıran polis məlumat bazasında heç bir qeydə rast gəlinmədiyini açıqlayıb.

Hazırda araşdırma komitəsi əllərin hansı xəstəxana və laboratoriyaya aid olduğunu və kim tərəfindən atıldığını tapmağa çalışır. Bildirilir ki, əllərin adaya atılması cinayət xarakteri daşımır, lakin bioloji cəhətdən məhv edilməli idilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.