Seçkiqabağı Bakıya məkrli plan: amerikalı hərbçidən sensasion iddia - Şok təfərrüat

16-03-2018, 03:49           
Seçkiqabağı Bakıya məkrli plan: amerikalı hərbçidən sensasion iddia - Şok təfərrüat
Azərbaycan müstəqil siyasət həyata keçirir, heç bir xarici qüvvənin diqtəsi ilə hərəkət etmir

Azərbaycan dövləti tərəfindən aparılan xarici və daxili siyasət nəticəsində cəmiyyət bütün sahələrdə uğurla inkişaf edir.

Azərbaycanda aparılan siyasət yalnız və yalnız xalqın mənafelərinə xidmət edir. Ona görə də, bu, bəzi böyük dövlətləri əlbəttə ki, qane etmir.

Lakin Azərbaycan rəhbərliyi yalnız Azərbaycan xalqının mənafeyinə uyğun bu ölkəni inkişaf etdirir.

Onların da bu məkrli siyasəti baş tutmayacaq. Azərbaycan müstəqil siyasət həyata keçirməklə uğurlar qazanmaqda davam edəcək.

Ona görə də nüfuzlu “The Washington Times” qəzetində çap olunan məqalədə Birləşmiş Ştatların BMT-də yüksək vəzifəli hərbi nümayəndəsi Ceyms Layns Azərbaycanın ABŞ üçün mühüm müttəfiq olmasından və bu iki ölkə arasında münasibətləri pozmaq cəhdlərinin qarşısının alınmasının vacibliyindən bəhs edib.

Müəllif yazır ki, şimaldan Rusiya, cənubdan İranla həmsərhəd olan Azərbaycanın qonşularla əlaqələrinin genişləndiyi dövrdə, bu ölkənin suverenliyi və müstəqilliyi ABŞ-ın maraqları üçün böyük əhəmiyyətə malikdir.

Qafqaz regionu və Azərbaycan, şübhəsiz, geostrateji əhəmiyyətə malikdir. Burada neft və qaz kimi resursların nəqli, nəqliyyat yollarının bu regionda kəsişməsi də öz rolunu oynayır.

Belə bir şəraitdə Vaşinqtonla Bakı arasında əlaqələr genişlənir. Amma onların əməkdaşlığını pozmağa cəhdlər də göstərilir.

Belə addımlar əsasən Azərbaycanın qonşusu olan Ermənistan və ABŞ-da fəaliyyət göstərən nüfuzlu, güclü erməni lobbisi tərəfindən atılır.

Ümumiyyətlə, Azərbaycan region üçün strateji dövlət olaraq özünü təsdiq edib. Ölkəmiz bir çox önəmli və nəhəng layihələrin təşəbbüskarı, təşkilatçısı rolunda çıxış edir.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TAP, TANAP, eləcə də Cənub Qaz Dəhlizi kimi strateji layihələrin əsas təşəbbüskarı və təşkilatçısı olaraq, Azərbaycan regionun inkişafına mühüm töhfələr verməkdədir. Azərbaycan iqtisadiyyatı bu gün region iqtisadiyyatının 80 fazini təşkil edir.

Ölkəmiz regionun humanitar, elmi mərkəzi kimi də geniş nüfuza malikdir. Bütün bu sadalananlar Azərbaycanın regional liderliyini tərənnüm edən faktlardır.

FİA.Az-ın Siyasət Şöbəsi xəbər verir ki, aprelin 11-də keçiriləcək prezident seçkilərinə də böyük beynəlxalq marağın olacağı şübhəsizdir.

Artıq dünyanın bir çox təşkilatlarına bununla bağlı müraciətlər olunub və bəzi təşkilatlar prosesdə müşahidəçi kimi iştirak edəcəklərini təsdiqləyiblər.

Həmçinin, Azərbaycan qlobal dialoqun ən mükəmməl platforması olduğunu bu gün növbəti dəfə təsdiqləyir

Azərbaycan tarixi, geostrateji mövqeyi, ənənələri və dinamik inkişafı ilə qlobal arenaya mühüm töhfələr verməkdədir.

Bunu müxtəlif amillərlə yanaşı, respublikamızın artıq neçə illərdir ki, mühüm beynəlxalq tədbirlərə uğurla evsahibliyi etməsi də təsdiqləyir.

Dünya humanitar forumu, sivilizasiyalararası dialoq forumu, müxtəlif idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlər Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib.

Bu gün isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VI Qlobal Bakı Forumu öz işinə başlayır.

Martın 17-dək davam edəcək forumun işində Monteneqro Prezidenti Filip Vuyanoviç, Albaniya Prezidenti Ilir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Mavriki Prezidenti Amina Qurab-Fakim, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım və xarici işlər naziri Mövlut Çavuşoğlu, Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall daxil olmaqla 10-dan çox ölkənin rəhbər şəxsləri iştirak edir.

Eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan ölkələrin sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonaq tədbirdə iştirak etmək üçün Bakıya gəlib.

Bu, Azərbaycanın paytaxtında keçirilən artıq altıncı forumdur. Böyük çətinliklərin olduğu indiki dövrdə fikir mübadiləsi aparmaq liderlər üçün əhəmiyyətlidir.

Bakı platforması isə bu problemlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir və ən önəmlisi müsbət təşəbbüslərin irəli sürüldüyü bir məkandır. Belə mövzulu forumların keçirilməsi üçün Azərbaycanın seçilməsi təsadüfi deyil.

Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün həqiqətən də nümunəvi məkandır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.