NASA Günəşdəki nadir prosesin görüntüsünü yaydı - Video

25-05-2018, 09:11           

NASA Günəşdəki maqnit sahələrinin aktivliyini əks etdirən görüntlər yayımlayıb.

Teleqraf.com xəbər verir ki, video rəsədxana peyki vasitəsiylə lentə alınıb.

Kadrlarda Günəşin Yer tərəfə olan hissəsindəki geniş “tac dəliyi” əks olunub. Görüntülər iki günlük dövrü əhatə edir.

“Tac dəlikləri” demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir, buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir.

Bu axın Yerlə təmasda maqnitosferlə qarşılıqlı təsirdə olur və onu həyəcanlandırır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru