Kadırov: "Orxan Camalın qanı yerdə qalmamalıdır"

2-08-2018, 10:00           
Kadırov: "Orxan Camalın qanı yerdə qalmamalıdır"
Çeçenistan rəhbəri Ramzan Kadırov Mərkəzi Afrika Respublikasında üç rusiyalı jurnalisti öldürənləri cəzalandırmağa çağırıb.

O, fikirlərini "Telegram" kanalında yayımlayıb.

"Onlar müharibə qanunları ilə cəzalandırılmalıdır. Çox Sərt! Və onların əlində Camalın, Radçenkonun və Rostorquyevin qanı qurumalıdır", - deyə o, fikrini izah edib.

Kadırov ölənlərin ailələrinə başsağlığı verib və ümid etdiyini bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi günahkarları cəzalandırmaq üçün bütün səylərdən istifadə edəcək.

Məlumat üçün bildirək ki, iyulun 31-də jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko Mərkəzi Afrika Respublikasında naməlum şəxslər tərəfindən öldürülüb. \\ednews.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru