“Gül Vüqar” keçmiş işçisi tərəfindən qətlə yetirilib
19-09-2018, 12:05
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdirini öldürən şəxsin məhkəməsi başlayır. “Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilən Novruzov Vüsal Əliağa oğlunun məhkəmə prosesinə hakim Rasim Sadıxov sədrlik edəcək.
İttiham aktına görə, bu il may ayının 24-də Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi Vüsal Novruzov tərəfindən bıçaqlanıb. Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, mərhum Vüqar Quliyev Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı var. O, Sumqayıtda “Gül Vüqar” kimi tanınıb. Hadisəyə gəldikdə, V.Quliyevi keçmiş işçisi Vüsal Novruzov tərəfindən qətlə yetirib.
Novruzov bir müddət əvvəl işdən çıxarılıb, lakin axşam saatlarında mağazaya gələrək Quliyevin kürək nahiyəsindən bıçaqla zərbələr endirib. V.Novruzovun psixi problemlərinin olduğu bildirilir.