Ölkəni səksəkədə saxlayan qəddar cani - erməni “Qorlovskiy”in ilginc Dosyesi
20-09-2018, 07:47
Erməni Armen Sarkisyan Ukraynanın kriminal aləmində “Qorlovskiy” ləqəbi ilə çox məşhurdur.
Teleqraf.com xəbər verir ki, Armen Sarkisyan Ukraynanın tanımış iş adamı Yuriy İvanyuşenkonun (Yura Yenkayevskiy) dəstəyi ilə onun biznesinin idarə edilməsini həyata keçirən əsas fiqurlardandır. O, heç kəsdən asılı olmadan fəaliyyət göstərən silahlı qruplaşma yaradıb. Bu silahlı qruplaşma İvanyuşenkonun şəxsi sifarişlərini də yerinə yetirib.
Ukraynada ən çox axtarılan Armen Qorlovskiy hətta bir neçə il əvvəl Odessa vilayətində avtoritetliyini yaymaq üçün “Avramov” qardaşları ilə güclərini birləşdirsə də, sabiq prezident Yanukoviçin ölkəni tərk etməsindən sonra onun bölgədə gücü zəifləyib və adı çəkilən kriminal qruplaşma ilə münasibətləri pisləşib. Daha sonra Yura Yenkayevskinin vasitəçiliyi ilə bu münasibətlər qaydasına düşüb.
Sıralarında Aleksandr Baturin və Zuev kimi silahlı qruplaşma rəhbərlərinin adları olan “Qorlovskiy” qruplaşması Kiyevdə baş verən istənilən böyük cinayətlərdə və qanunsuzluqlarda iştirak edirdi. Hətta verilən məlumatlara əsasən, silahlı qruplaşmanı daha sonra Yanukoviç ailəsinə məxsus “7-ci kilometr” bazarının sahibi Boris Melniçuk da maliyyələşdirib.
Bəs Armen Sarkisyan “Qorlovskiy” ləqəbini haradan qazanıb?
Armen Sarkisyan öz ləqəbini də boş-boşuna əldə etməyib. O, Ukraynanın ən kriminal şəhərlərindən hesab olunan Qorlovka şəhərində anadan olub.
Burada öncə “reket” qruplaşmalarda fəaliyyət göstərən avtoritet 80-ci illərin sonlarında yerli polis orqanlarının da dəstəyi ilə kriminal işlərlə daha çox məşğul olmağa başlayır.
Artıq 2009-cu ildə Armen Qorlovskiy Yuriy İvanyuşenkonun dəstəyi ilə Qorlovka şəhərinin 2-ci sahibinə çevrilir. Zaman keçdikcə isə insanlar üzərində hakimiyyəti qorumaq üçün başqa vasitələrdən istifadə olunmalı idi. Bu zaman o, şəhərdə tam hakimiyyət üçün yerli qəzet və media binalarını nəzarətə götürür. Bu nəzarət isə silahlı qruplaşmanın böyüməsinə zəmin yaratdı.
Artıq mütləq şəkildə şəhəri nəzarətə götürən Armen “donteskli”lərin gəlişi ilə Ukraynanın keçmiş DİN əməkdaşları ilə əlaqələrini gücləndirir. Daha sonra aldığı dəstəklə onu şəhərin boks federasiyasının vitse-prezidenti təyin edirlər. Bununla paralel olaraq Armen İvanyuşenkonun biznesinin idarəsi ilə də məşğul olur. Zamanla isə o, Donetskdən olan kriminal avtoritet Gena Uzbeklə də münasibətlərini möhkəmləndirir. Artıq həmin dövrdə Qorlova şəhəri rəsmən cinayətkarlar və kriminal qruplaşmalar tərəfindən idarə olunurdu.
“Maydan” hərəkatı və Armen
Ukraynanın hüquq mühafizə orqanları Armen Sarkisyanın “Maydan” hərəkatının yatırılmasında və insanlara qarşı zor gücündən istifadə etməsi haqqında bir sıra faktlar aşkarlayıb.
Mitinqlər zamanı məhz Qorlovskiy vasitəçilik edərək fəalları “cəzalandırırdı”. Armenin dəstəsindən olan silahlılar Donteskdə mitinqlərin dağıdılmasında aktiv iştirak edir, mümkün olduqda isə digər bölgələrə də kömək göndərirdilər.
Kiyevdə Armenin qruplaşmasına Yuriy Krısin başçılıq edirdi. 19 fevralda həmin qruplaşmanın üzvləri avtomobildən “banda”nın fəaliyyətini lentə alan Vyaçeslav Veremiya adlı jurnalisti qətlə yetirirlər. Bu zaman Krısini həbs etsələr də, Armenin təzyiqi nəticəsində o yüngül cəza ilə azadlığa buraxılır.
Bundan başqa Armenin kriminal qruplaşması Donteskdə mitinq liderlərindən Vladimir Ribaki da aradan götürür.
Armen Qorlovskiy Sarkisyan haradadır?
Bu gün Armen Qorlovskiy Sarkisyan Ukrayna DİN tərəfindən beynəlxalq axtarışa verilib. O, ölkənin ən böyük və qəddar cinayətkarlarından hesab olunur və barəsində 13 bağlanmamış cinayət işi hələ də aparılır. Bu ilin avqustunda Fransada saxlanılan Armen Sarkisyan müəyyən olmayan və tam gizli səbəblərdən azadlığa buraxılır.
Verilən məlumatlara görə, Armen hələ də yerli tərəfdarlarının əli ilə Qorlovka şəhərini idarə edir və bundan bir müddət öncə Odessa şəhərinə nəzarəti ələ almağa çalışsa da buna müvəffəq ola bilmir.
Hazırda Armen Sarkisyanın axtarışları beynəlxalq səviyyədə “İnterpol” tərəfindən davam etdirilir.