Gözəl Dəmirov Etimad İsmayılovu niyə öldürüb: " Mən atmasaydım o atacaqdı.." - ŞOK AÇIQLAMA

20-09-2018, 21:05           
Gözəl Dəmirov Etimad İsmayılovu niyə öldürüb: " Mən atmasaydım o atacaqdı.." - ŞOK AÇIQLAMA
Dəmirov polisə ifadəsində bildirib ki, İsmayılovu öldürməsəydi, bu addımı İsmayılov atacaqdıBanner
Gözəl Dəmirov Etimad İsmayılovu “Glock” markalı tapança ilə qətlə yetirib. Teref.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Hürriyyət” qəzeti yayıb. Qəzet Dəmirovun polislər tərəfindən sürücüsünün telefonunun izlənilməsi sayəsində ələ keçdiyini bildirib. Nəticədə Dəmirovla bərabər sürücüsü Barış A.-da polislər tərəfindən saxlanılıb. Məhz burada Barış A.-nın avtomobilində cinayətdə istifadə edilən “Glock” markalı tapança aşkar edilib. Polisdəki ifadəsi zamanı Dəmirovun İsmayılovla birgə ticarət mərkəzi işlətdikləri, eləcə də qida və elektronika ticarəti sahəsində ortaq çalışdıqları bəlli olub. Dəmirov İsmayılova birgə çalışdıqları şirkətin 2%-ni verəcəyini bildirsə də, sonradan bəzi problemlər ucbatından bunu həyata keçirə bilməyib. Bundan sonra İsmayılov Dəmirovu təhdid edərək, gecikmə ucbatından zərər görəcəyini bildirib. Bundan sonra Dəmirov özü və ya övladlarına hansısa zərərin gələcəyini düşünərək, İsmayılovun ofisinə gedib və atəş açaraq onu öldürüb. Dəmirov polisə ifadəsində bildirib ki, İsmayılovu öldürməsəydi, bu addımı İsmayılov atacaqdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.