Küsülü prezidentlər barışdı (FOTO,VİDEO)

3-10-2015, 21:19           
Küsülü prezidentlər barışdı (FOTO,VİDEO)
Angela Merkel Pyotr Poroşenko ilə Vladimir Putini bir birlərinin əllərini sıxmağa məcbur edib.

ANS PRESS-in məlumatına görə, bu hadisə Parisdə “Normand dördlüyü” prezidentlərinin görüşündə baş verib. Bu barədə videonu Fransa prezidenti Fransua Olland özünün instargam səhifəsində yerləşdirib.

“Angela Merkel, Vladimir Putin və Pyotr Poroşenko ilə Ukraynadakı situasiyanı müzakirə edirik” – deyə Fransa lideri yazıb.

Əlsıxma zamanı Putin gülümsə də, Poroşenkonun sifətində ciddilik olub. Videodan göründüyü kimi hər ikisinin əlini tutmaqla onları buna Almaniya kansleri məcbur edib. Yəni nə Putin , nə də Poroşenko bunu öz istəkləri ilə etməyiblər.

[media=https://www.youtube.com/watch?v=qg89962o6UE]
Ukrayna (Krım) böhranı yaranandan sonra bu, Putinlə Poroşenkonun ikinci əl sıxmasıdır. Birinci dəfə bu ilin fevralında Minsk anlaşmasının imzalanmasından öncə qeydə alınmışdı. Həmin vaxt yenə də hər 2 dövlət başçısı bir-birinin əlini sıxmağa məcbur olmuşdu


Prezidentlər arasında ilk görüşmə

Məlumdur ki, Rusiya ilə Ukrayna uzun müddətdir ki, müharibə vəziyyətində yaşayır. Tərəflər 2014-cü ilin 14 fevralından etibarən atəşin dayandırılması və ağır silahların təmas xəttindən geri çəkilməsi barədə razılığa gəlinsədə, bu günə qədər gərginlik səngimir.

Amma “Normand dördlüyü” prezidentlərinin görüşündən sonra Almaniya kansleri Angela Merkel mətbuata açıqlamasında silhlanma ilə bağlı razılaşmanın əldə olunduğunu bildirib:

“Biz ağır silahların geri çəkilməsi məsələsində razılığa gəldik. İrəliləyişə ümid edirik. Düşünürəm ki, getdikcə mövqelərimiz bir-birilərinə yaxınlaşır.”

Rusiya Ukraynanın şərqində ruspərəst seperatçılara dəstək verib, ölkədə gərinlik yaratmaqla yanaşı Suriyadakı hərbi əməliyyatları ilə Avropanı daha da qıcıqlandırdığı görsənirdi.

"Normandiya dördlüyü” ölkələrinin son görüşü

Hazırda isə Ukrayna münaqişəsi ilə əlaqədar ABŞ başda olmaqla Avropanın bir çox ölkələri Rusiyadan üz döndərib.
Politoloq Rasim Musabəyovun fikrincə, Ukrayna münaqişəsində təklənən Putin Suriya kartından istifadə etməklə ABŞ-ı və Avropanı özünə möhtac etmək istəyir.



“Normand dördlüyü” və Rusiya arasında silahlanma ilə bağlı razılığın əldə olunmasına münsibət bildirən politoloq belə razılaşmaların çox əldə olunduğunu birdirdi.

“Tərəflər arasında belə razılaşmalara çox imza atılsada, uzun müddət əməl olunmayıb. Separatçıların əlində elə silahlar tapılır ki, Rusiyaya məxsus olduğu açıq-aydın görsənir. Rusiya isə separatçıların arxasında gizlənir ki, mənim buna aidiyyətim yoxdur.”

Putinlə Poroşenko arasında silah razılaşması və əl sıxmasının Avropanın Rusiyaya Ukraynanı güzəştə getməsi kimi görünsə də politoloq tərəflərin əl görüşməyə məcbur olduqlarını bildirdi.

“Avropanın özünün davranış qaydaları var. Problemləri sülh yolu ilə razılaşdırmaq istəyirlərsə, müəyyən qaydalara əməl etməlidir. Elə dövlətlər var ki, prezidentləri ölkələr arasında münaqişəli vəziyyət davam etdiyi üçün bir-birlərinə nifrət edirlər. Amma onlar görüşəndə bir-birlərin əllərini sıxırlar. Əgər tərəflər bundan imtina edirsə , bu o deməkdir ki, onlar masa arxasına gəlib, danışmaq istəmirlər.”

Fevralın 12-də "Normandiya dördlüyü” ölkələrinin – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə görüş keçirilib.

Görüşün yekunları ilə bağlı Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel tərəfindən rəsmi sənəd imzalanıb.


Ukrayna və Rusiya arasında münaqişənin baş verdiyi ərazilər


Əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, Ruspərəst separatçıların Ukrayna ərazisinə müdaxiləsi ölkədə vəziyyəti gərgin olaraq saxlayır. Münaqişədən isə ən çox dinc sakinlər əziyyət çəkir. Ukrayna əhalisinin əksər hissəsi həm tarixi qonşusu olan Rusiyaya nifrət edir. Çünki Rusiya onun ərazisini ilhaq edir və ölkənin şərqində separatçı qüvvələrə dəstək göstərir. Bu isə istər-istəməz Ukrayna əhalisini Rusiyaya düşmən münasibət göstərməsinə səbəb olur.

Bu hal 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonrada özünü büruzə vermişdi. O dövrdən bəri Gürcüstan əhalisi və höküməti Rusiya ilə soyuq münasibətdədir. Çünki Rusiya qırıcıları düz Tiflisə kimi gəlib, Gürcüstana hava zərbələri endirib.

Baş verənlər hadisələr onu deməyə əsas verir ki, hazırda bəzi qüvvələr xalqlar arasına nifaq salmaqla uzunmüddətli münaqişə ocaqları yaradaraq onları bir-biri ilə üz-üzə qoyur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.