QAYDALARI POZAN SÜRÜCÜLƏR SAXLANILDI

11-12-2018, 16:59           
QAYDALARI POZAN SÜRÜCÜLƏR SAXLANILDI
Teref.az - Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi bölməsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki regional şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə qaydaları pozan sürücülərə qarşı reyd keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə , reyd zamanı məlum olub ki, bir sıra avtobus və mikroavtobus sürücüləri müvafiq sənədləri, fərqlənmə nişanları olmadan qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. DYP və DANX-ın əməkdaşları tərəfindən avtomobilin üst hissəsinə qanunsuz olaraq yük yeri bağlayan, sərnişindaşıma və yük daşıma qaydalarını pozan sürücülər aşkarlanıb. Ümumilikdə 25 sürücü barəsində inzibati tədbirlər görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru