Aİİ-də “İslam və incəsənət” mövzusunda seminar keçirilib

20-12-2018, 20:28           
Aİİ-də “İslam və incəsənət” mövzusunda seminar keçirilib
Teref.az - Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslam və incəsənət” mövzusunda Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun seminarı təşkil olunub.
Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov seminar iştirakçılarını salamlayıb. O, tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi yönündə İnstitutun ardıcıl “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər keçirilməsinin xüsusi önəm daşıdığını bildirib. Ə.Niyazov mövzunun əhəmiyyətinə toxunaraq, belə tədbirlərin tələbələrdə dünyagörüşünün, mütaliənin aşılanmasında, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində xüsusi rol oynadığını vurğulayıb.
Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “İslam və incəsənət” mövzusunda məruzə edib. O bildirib ki, incəsənət insanların gördükləri, eşitdikləri, təsəvvür etdiklərinin başqalarında estetik zövq doğuracaq vasitələrlə ifadə olunmalıdır. E.Məmmədov qeyd edib ki, ilahi sənət yoxdan yaratmaqdırsa, bəşəri sənət mövcud olanlara müəyyən forma verməkdir. E.Məmmədov incəsənətin insanda gözəllik duyğusu yaratdığını, ona mənəvi zövq verdiyini qeyd edib.
O vurğulayıb ki, islam real din olmaqla yanaşı, insanın bütövlükdə cisminə, ruhuna, ağıl və vicdanına kompleks yanaşır. Məruzəçi Quranın insanları gözəlliyə səslədiyini və möminin kainat, həyat və fərddəki gözəlliyi dərk etdiyini vurğulayıb.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.