Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan xalqını təbrik edib

28-12-2018, 16:11           
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan xalqını təbrik edib
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan xalqını təbrik edib

Təbrikdə deyilir:

Hörmətli soydaşlar!

Hər il böyük sevinclə qeyd etdiyimiz 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, hər birnizə səadət, firavanlıq, işlərində uğurlar diləyirəm!
Ölkədə və onun hüdudlarından kənarda yaşayan azərbaycanlıların hər il təntənə ilə qeyd etdiyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Uzun illərdən bəri bütün dünyada yaşayan həmvətənlərimizi və soydaşlarımızı düşündürən dünya azərbaycanlılarının həmrəyliyi ideyası ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində dövlət siyasəti səviyyəsinə qaldırılıb, ardıcıl olaraq həyata keçirilib və keçirilməkdədi. Bu siyasət ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Əziz soydaşlar!

Əminəm ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi bundan sonra da xalqımızın qarşısında dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, torpaqlarımızı tezliklə Ermənistanın işğalından azad etməyə, sürətlə dəyişən, ziddiyyətli dünyanın çağırışlarına adekvat cavab verməyə kömək edəcəkdir. Bunun üçün biz sıralarımızı daha da möhkəmləndirməli, dövlətimizlə bərabər olmalı, əcdadlarımızdan miras qalmış çoxəsrlik mədəniyyətimizi inkişaf etdirməli və hamımızın pənah yeri olan müstəqil Azərbaycanımızın güclənməsinə birgə əməli fəaliyyətimizlə yeni töhfələr verməliyik.

Bayramınız mübarək!

Fəzail Ağamalı,
Ana Vətən Partiyasının sədri,
Milli Məclisin deputatı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.