BALAKƏNDƏ EVDƏN OĞURLUQ EDƏN ŞƏXS SAXLANILIB

7-01-2019, 16:31           
BALAKƏNDƏ EVDƏN OĞURLUQ EDƏN ŞƏXS SAXLANILIB
Teref.info - Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini bir qadın ona məxsus evdən oğurluq olunması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin Zaqatala rayonu Aşağı Tala kənd sakini Ramin Babayev olduğu müəyyən edilib. Aparılan araşdırmalarla onun vətəndaşa məxsus evdən bir ədəd 800 manat dəyərində televizoru və samovarı oğurladığı aşkar edilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülərək, istintaqa təhvil verilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru