Şəmkirdə bir ay ərzində 3 mağazanı və bir neçə avtomobili qarət edən şəxlər saxlanılıb.

9-01-2019, 05:25           
Şəmkirdə bir ay ərzində 3 mağazanı və bir neçə avtomobili qarət edən şəxlər saxlanılıb.
Teref.az- a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə 30 dekabr 2018-ci il tarixdə gecə saat 02:00 radələrində Şəmkir şəhərində yerləşən mağazalardan birində oğurluq hadisəsinin baş verməsi barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, mağazadan ümumilikdə 1400 manat dəyərində tütün məmulatları, enerji içkiləri, nəğd pul vəsati oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı Mətləb Həsənov saxlanılıb. Ətrafında aparılan araşdırmalar zamanı müəyən edilib ki, M. Həsənov bir nəfər yeniyetmə ilə birlikdə ötən ilin dekabr ayının əvvəllərindən rayonun müxtəlif ərazilərində silsilə oğurluqlar törədib. Onlar pul, spirtli içki, tütün məmulatları, televizor və digər əşyaları oğurlayıblar. M.Həsənovun oğurladığı tütün məmulatlarının bir qismi yaşadığı evin zirzəmisindən aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs oğurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində tanımadıqları şəxsə satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf edib.
Əməlinə görə peşman olan Mətləb Həsənovun başqa cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru