Aİİ-də “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət”mövzusunda seminar keçirilib

9-01-2019, 11:59           
Aİİ-də “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət”mövzusunda seminar keçirilib
Aİİ-də “Tələbə seminarları” layihəsi çərçivəsində birinci kurs tələbəsi İsgəndər İsgəndərovun təqdimatında “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda seminar təşkil olunub.

Seminarı idarə edən prorektor, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Aİİ-də mütəmadi olaraq müxtəlif mövzularda keçirilən tədbirlərin maarifləndirmə məqsədi daşıdığını və cəmiyyətdə maraqla qarşılandığını bildirib. A.Şirinov “Tələbə seminarları” layihəsi çərçivəsində keçirilən seminarların təqdirəlayiq olduğunu vurğulayıb. O qeyd edib ki, bu tipli seminarlarda tələbələrin aktiv iştirakı bilik səviyyələrinin artırılmasında, nitq mədəniyyətinin formalaşmasında, ictimai əhəmiyyətli fikirlərin zənginləşdirilməsində xüsusi rol oynayır.

Tələbə heyətinin iştirak etdiyi seminarda Aİİ-nin birinci kurs tələbəsi İsgəndər İsgəndərov “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda məruzə ilə çıxış edib. İ. İsgəndərov Məhəmməd Peyğəmbərin təvazökar və sadə olduğunu qeyd edib. O bildirib ki, Məhəmməd Peyğəmbər ömrünün 23 ilini insanlara İslamın əsaslarını çatdırmağa, islam əxlaqının təbliğinə həsr edib. O qeyd edib ki, peyğəmbərə məhəbbət bəşəriyyətə – canlı və cansız bütün varlıqlara sevgi ilə yanaşmaqdan başlayır.

Seminarda qeyd edilib ki, Məhəmməd Peyğəmbərin həyatı kamilliyin ən gözəl nümunəsi olub.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru