OĞURLUQ EDƏN ŞƏXS SAXLANILDI

16-01-2019, 12:07           
OĞURLUQ EDƏN ŞƏXS SAXLANILDI
Teref.az - DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayonu 2-ci Nügədi kənd sakini İlham Qardaşəliyev yanvarın 14-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yanvarın 12-də evindən 1600 manat pulunun oğurlandığı barədə məlumat verib.
Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla və isti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəmil Daşdıyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini edərək, evdə heç kimin olmadığı vaxtda evə daxil olduğunu və 1600 manat pul oğurladığını, əldə etdiyi pulları isə xərclədiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru