Aİİ-də hədisləri anlamaq metodları müzakirə olunub

16-01-2019, 22:18           
Aİİ-də hədisləri anlamaq metodları müzakirə olunub
Teref.az - Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Hədisləri anlamaq metodları” mövzusunda seminar keçirilib.
Aİİ-nin kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov seminar iştirakçılarını salamlayaraq, tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi istiqamətində İnstitutda ardıcıl olaraq “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər keçirilməsinin xüsusi rol oynadığını diqqətə çatdırıb. İ.Əlimuradov qeyd edib ki, gənclər mütəxəssis kimi püxtələşmələri üçün öz perspektivləri naminə çalışmalı, Vətənin, millətin mənafeyi üçün xeyirxah addımlar atmalıdırlar.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, i.f.d. Vüqar Səmədov “Hədisləri anlamaq metodları” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, hədis Məhəmməd Peyğəmbərin sözlərini, hərəkətlərini və nümunəvi davranışlarını əhatə edir.
V.Səmədov hədislərin dində dörd əsas funksiyasının olduğunu diqqətə çatdırıb: “Quranın əmr və qaydalarını izah etmək; qapalı hökmləri şərh etmək; ümumi mənaları xüsusiləşdirmək; Quranın hökm bəyan etmədiyi mövzularda hökm vermək”.
Seminarda hədisləri eyni kateqoriyada dəyərləndirmək mümkün olmadığını qeyd edilib və missallar göstərilib.



Seminar mövzu ətrafında müzakirələrlə davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru