Nəsimi rayonunda aztəminatlı ailələrin göz müayinəsi təşkil edildi

29-04-2019, 09:27           
Nəsimi rayonunda aztəminatlı ailələrin göz müayinəsi təşkil edildi
Teref.az - Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi ilə bağlı Nəsimi rayonunda silsilə tədbirlər davam edir. Bu dəfəki tədbir rayon sakinlərinin pulsuz göz müayinəsi oldu. Nəsimi rayon İcra Hakimiyyətinn təşkilatçılığı ilə rayonun müxtəlif tibb ocaqlarında sakinlərin göz müayinəsi təşkil edilmişdir.
CeLaMiG Göz Lazer Klinikasında ixtisaslı həkimlər - tibb elmləri namizədi Akif Sadıxov, uzman oftalmoloq Əhməd Abdullayev, oftalmoloq-cərrah Heyran Şirinova tərəfindən sakinlərin görmə qabiliyyətləri müəyyən edilib, göz dibi təzyiqinin və hansısa xəstəliyin əlamətinin olub-olması yoxlanılıb. Həkimlər görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərib, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər veriblər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru