Eldar Əzizov ağac əkdi... - FOTO

6-05-2019, 12:45           
Eldar Əzizov ağac əkdi... - FOTO
Teref.az - Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə paytaxtın Xətai rayonundakı Cavanşir küçəsi boyunca ərazidə növbəti iməclik təşkil edilmişdir. Iməclikdə hər iki qurumun əməkdaşları, təsərrüfat xidmətlərinin işçiləri, ümumulikdə 200 nəfərdən çox insan iştirak etmişdir.

Teref.az xəbər verir ki, bu ərazidə görünüşə xələl gətirən hasarlar və kortəbii qanunsuz tikililər sökülmüş, ərazi yararsız tikinti materialları, daş və digər tullantılardan təmizlənmiş, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.

Iməclikdə 1000-ə yaxın yeni ağac, əsas etibarı ilə Eldar şamı və digər ağacları əkildi.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin doğum gunu ərəfəsində keçirilən iməclik, küçə boyunca əkilən yeni ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Ay ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru