AİLƏSİ ONU AXTARIR

12-09-2019, 10:59           
AİLƏSİ ONU AXTARIR
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az- a verilən məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 17 yaşlı Əlikram Fərzəliyev cari ilin iyul ayının 15-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Əlikram Fərzəliyev əlamətləri belədir: Boyu 165 sm., orta bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. Evdən çıxan zaman onun əynində qəhvəyi rəngli köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 070-330-31-83 (atası- İslam Fərzəliyev) mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru