Bakının Xəzər rayonunda binaların dam örtükləri təmir olunur

16-09-2019, 15:07           
Bakının Xəzər rayonunda binaların dam örtükləri təmir olunur
Teref.az - Paytaxt Bakı şəhərində qışa hazırlıq tədbirləri çərçivəsində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin, blokların təmiri işləri davam edir.
Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən verilən məlumata görə Prezident İlham Əliyevin çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tapşırığının icrası və həmçinin paytaxtda payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş tədbirlər planına əsasən hazırda Xəzər rayonun təmirə ehtiyacı olan dam örtükləri olan binalar müəyyən edilərək yay aylarından etibarən mərhələli şəkildə onların təmirinə başlanılıb. Işlər şərçivəsində binaların dam örtükləri dəyişdirilir, həmçinin bloklarda pəncərələrin şüşələri salınır, giriş qapıları təmir olunur.
Xəzər rayonunda bu işlər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamenti və Xəzər Rayon İcra Hakimiyyətinin struktur bölmələri tərəfindən həyata keçirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru