“Xaş–xaş 2019” əməliyyatı - 593 kq narkotik bitki məhv edildi

18-09-2019, 11:17           
“Xaş–xaş 2019” əməliyyatı  - 593 kq narkotik bitki məhv edildi
“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, rayonun Öryət kəndi ərazisindəki meşə sahəsində yabanı halda yetişmiş 2,3-4,5 metr hündürlüyündə ümumi çəkisi 593 kiloqram olan 147 ədəd çətənə kolları aşkar olunaraq məhv edilib.
Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru