İsmayıllı RİH: Xəstəxanaya müraciət edən fəhlələrə günvurma diaqnozu qoyulub

19-09-2019, 15:27           
İsmayıllı RİH: Xəstəxanaya müraciət edən fəhlələrə günvurma diaqnozu qoyulub
İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) kartof festivalı zamanı baş verdiyi iddia olunan kütləvi zəhərlənmə ilə bağlı məlumatlara münasibət bildirib.

İsmayıllı RİH başçısının birinci müavini Rövşən Ağayev "Report"a bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir:

"Kartof festivalı sentyabrın 18-də saat 12-də olub, xəstəxanaya müraciətlər isə bu gün - yəni, sentyabrın 19-da qeydə alınıb. Ümumiyyətlə, baş verən hadisənin zəhərlənmə ilə heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq, əkin sahələrində fəhlə kimi işləyən yerli sakinlər günvurma diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bununla bağlı bizə baş həkim də məlumat verib. Müayinələrin nəticəsi sübut edir ki, xəstəxanaya müraciət edənlər günvurma ilə daxil olublar və onlarda heç bir zəhərlənmə əlamətləri müşahidə olunmayıb. Artıq həmin şəxslər hamısı evə buraxılıblar".

Qeyd edək ki, Səhiyyə Nazirliyi İsmayıllı rayonunda kartof festivalı zamanı baş verən kütləvi zəhərlənmə ehtimalı ilə bağlı Rayon Mərkəzi Xəstəxanasına 7 nəfərin (3 kişi, 4 qadın) müraciət etdiyi barədə məlumat yayıb. Qida Təhlükəsizliyi Agentliyində (AQTA) isə hadisə ilə bağlı işçi qrupu yaradılıb və hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.