Nasur Məmmədov yenə köhnə ampulasındadır

19-10-2019, 19:11           
Nasur Məmmədov yenə köhnə ampulasındadır
Sosial şəbəkələrdən eşitdiyimə görə bəziləri yenə də mitinq adına qarışıqlıq yaratmaq, düşmənlərimizin sifarişini yerinə yetirmək fikrinə düşüblər. Ərəgit kənd sakini, Qarabağ müharibəsi əlili Nasur Məmmədov da fikirləşir ki, şeytan yuvasına yaxınlaşmaq imkanını əldən vermək olmaz. Ona görə də mitinqə getmək yanğısı ilə alovlanır və qaziləri, şəhid ailələrini sosial şəbəkə vasitəsilə mitinqə çağırır.
Nasur Məmmədov, Vətənə minnət qoymaq günah deyilmi? Bircə dəfə də olsa yüzdən çox ermənini o dünyaya göndərmiş Milli Qəhrəman Mübariz İbrahimovun atasını dinləmisənmi? O, dərdli, qəmli olsa da , oğlunun canını Vətənə fəda etdiyindən qürur duyduğunu həmişə, hər zaman deyib və deyir.
Dövlətimiz, Prezidentimiz hər bir şəhid ailəsinin, Qarabağ müharibəsi əlininin və veteranının sosial həyatının təminatı məsuliyyətini öz üzərinə götürüb və onu uğurla da həyata keçirir. Hər bir Azərbaycan vətəndaşı bunun mütləq şahididir. Dövlətimiz Qarabağ müharibəsi əlili olduğunu nəzərə alıb sənin üçün ev tikib, sənə maşın verib. Birinci qrup Qarabağ müharibəsi əlili kimi pensiya, Prezident təqaüdü və xidmət üçün bir yerdə 500 manata qədər vəsait alırsan. Qardaşın oğlunun qanunsuz həbs edilməsini deyirsən. Axı sən özün də, bütün ərəgitlilər də yaxşı bilir ki, o nəyin üstündə tutulub. Mən də ara-sıra rayona gəlib gedən köhnə sakin kimi məsələdən xəbərdaram. Qardaşın oğlunun hərəkətini açıb-ağartmamağın məsləhətdir.
Ay Nasur, həyatın hər üzünü görmüş bir insan kimi məsləhət görərdim ki, qanundan yan keçməyəsən, şeytana uymayasan, şərə tərəfdar olmayasan, yaxşılığa yamanlıqla cavab verməyəsən, ən əsası isə hər hərəkətində, hər addımında, hər kəlməndə Allahı başının üstündə görəsən.
Eşitdiyimə görə, səninlə qonşuluqda birinci qrup Qarabağ müharibəsi əlili Marif Əliyev yaşayır. O, Allaha şükr edərək, dövlətə minnətdar olaraq aldığı pensiya, təqaüd və müavinətin üstünə öz zəhməti, halal əməyi ilə çox şey gətirir. Şikayətlənmir. Ailəsinin həyatının idarə olunmasında özünə və Dövlətə güvənir.

Vahid Xəlilov
veteran jurnalist












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.