İsmayıllıda heroin alverçisi saxlanılıb - FOTO

6-05-2020, 15:52           
İsmayıllıda heroin alverçisi saxlanılıb - FOTO
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əvvəllər məhkum olunmuş İsmayıllı şəhər sakini Tural Bəkirov şübhəli şəxs qismində saxlanılıb. Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman 33 ədəd kağız bükümlərdə satış məqsədilə saxladığı narkotik vasitə olan heroin, elektron tərəzi və şprislər aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində T.Bəkirov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru