Gəncədə evlərdən oğurluq edən şəxslər saxlanılıb
9-05-2020, 19:34
![Gəncədə evlərdən oğurluq edən şəxslər saxlanılıb](/uploads/posts/2020-05/1589038491_23e06178-dd70-48f0-9862-09b37d5a32dd.jpg)
Gəncə şəhər Baş Polis İdarəsinin və tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 1-də şəhər ərazisində 4 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, 25 yaşlı Vüsal Qasımov yaşadığı küçədə, 4 fərdi yaşayış evinin pəncərəsindən daxil olaraq, ümumilikdə 5900 ABŞ dolları, 11000 rus rublu, 5000 manat nağd pul, 3000 ABŞ dolları dəyərində qızıl qolbaq, 1 ədəd 1800 manat dəyərində televizor, hər birinin dəyəri 500 manat olan 2 ədəd qol saatı, 1 ədəd 250 manat dəyərində ütü və dəyəri 300 manat olan 1 ədəd yataq dəsti örütüyünü oğurlayıb. Bundan başqa polis əməkdaşları V. Qasımovun şəhər ərazisindən daha 2 fərdi yaşayış evindən spirtli içkilər və məişət əşyalarını oğurlamasını müəyyən edib.
BPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində baş verən daha bir oğurluq hadisəsini törədən şəxsin kimliyi müəyyən edilib. Belə ki, mayın 5-də şəhər sakininə məxsus mənzilə gizli yolla daxil olaraq oradan 800 manat dəyərində televizoru oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Həsənov maddi sübutla birlikdə saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
![](/uploads/posts/2020-05/1589038459_1ce6da5a-8d31-4810-a3f5-07ee3f7c71dd.jpg)
![](/uploads/posts/2020-05/1589038443_71e8b59c-68ec-468c-a68a-19adf70a51c1.jpg)
![](/uploads/posts/2020-05/1589038453_614cf882-b846-4e23-8a3d-61ba24de8ac1.jpg)
![](/uploads/posts/2020-05/1589038412_72472262-211e-42c2-bd61-0cbb193b3b85.jpg)
![](/uploads/posts/2020-05/1589038442_b28f391b-8fe2-43bf-b077-aad3f50acf2b.jpg)