Polis Göyçayda vətəndaşlara tibbi maska paylayıb

13-05-2020, 13:19           
Polis Göyçayda vətəndaşlara tibbi maska paylayıb
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində rayon ərazisində tədbirlər davam etdirilir.
Poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara sanitar rejimin tələbləri izah olunub. Sosial məsafənin qorunması, tibbi maskadan istifadə etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Həmçinin, marşrutlarda olan sərnişinlər, hərəkətdə olan piyadalarla maarifləndirici söhbətlər aparılıb. Polis əməkdaşları tərəfindən vətəndaşlara tibbi maska paylanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru