Polis Şamaxıda vətəndaşları sanitar rejimə əməl etməyə çağırıb

13-05-2020, 16:53           
Polis Şamaxıda vətəndaşları sanitar rejimə əməl etməyə çağırıb
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Şamaxıda da vətəndaşların sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları tövsiyə olunub. Bankların, poçt filiallarının qarşısında, əhalinin sıx olduğu digər ərazilərdə sosial izolyasiya tədbirlərinə nəzarət olunur, vətəndaşlara tibbi maskalar paylanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru