Polis İsmayıllıda vətəndaşlarla maarifləndirici söhbətlər aparıb

14-05-2020, 20:12           
Polis İsmayıllıda vətəndaşlarla maarifləndirici söhbətlər aparıb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, polis əməkdaşları hərəkətin intensiv olduğu, insanların daha çox toplaşdığı ərazilərdə vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələblərini izah ediblər. Belə ki, insanlarla təmas zamanı 2 metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb. Həmçinin, RPŞ-nin əməkdaşları tərəfindən maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru