Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb FOTO

16-05-2020, 18:19           
Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb FOTO
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə şəhərin bütün rayonlarında həyata keçirdiyi tədbirlər davam edir.
Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən mayın 16-da səhər saatlarından başlayaraq paytaxdakı 300-dən çox əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə son bir ay ərzində artıq 3-cü dəfə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib.
Mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küşələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri ciddi zərurət yaranmadığı təqdirdə həmin gün küçəyə çıxmamaları barədə bir gün əvvəl KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq dəstək vermiş, nazirliyin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələri dezinfeksiya tədbirlərində fəal iştirak etmişlər.
Gün ərzində paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görmüşlər.
Eyni zamanda Bakı şəhər və eləcə də paytaxt rayonları İcra Hakimiyyətlərinin əməkdaşları, rayonlarda yaradılan Operativ Qərargahların üzvləri, könüllülər paytaxtın bütün rayonlarında sakinlərin daha çox toplandığı küçə və prospektlərdə maarifləndirici reydlər keçirərək vətəndaşlara tibbi maskalar paylamış, xəstəliyə yoluxmamaq üçün lazımı tədbirlərin görülməsi yolları izah edilmişdir.
Bununla yanaşı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.
Qeyd edilməlidir ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları yeni xüsusi təyinatlı avtonəqliyyat və digər texnika ilə təmin olunub və yaxın vaxtlarda növbəti maşın və texnika Bakıya gətiriləcəkdir.
Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti
Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə may ayının 16-ı səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrdəki 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.