Bu gün Bakıda 400-dən artıq küçə və prospekt dezinfeksiya edildi

16-05-2020, 18:22           
Bu gün Bakıda 400-dən artıq küçə və prospekt  dezinfeksiya edildi
Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən şəhərin mərkəzi küçə və prospektlərində, o cümlədən kənd, qəsəbə və yaşayış massivlərinin küçələrində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş genişmiqyaslı dezinfeksiya işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, bu işlərdə RİH-in strukturuna daxil olan xidmətlərin 40, Daxili İşlər Nazirliyinin 20 xüsusi təyinatlı texnikası və kommunal xidmətlərin 2 mindən artıq işçisi cəlb olunublar.
Saat 18:00-a kimi şəhər mərkəzi və qəsəbələr üzrə 400-dən artıq küçənin dezinfeksiyası təmin edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti




















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru