Hacı Surxayı Qədr gecəsində minlərlə adam izlədi

18-05-2020, 14:59           
Hacı Surxayı Qədr gecəsində minlərlə adam izlədi
Ölkəmizdə hazırda mövcud koronavirus pandemiyasına görə məscidlər bağlı olduğu üçün insanlarla dini görüş və söhbətlər "online" qaydada aparılır.

"Qafqazinfo" xəbər verir ki, bu tələbi nəzərə alaraq azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər "Cümə" məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli sosial şəbəkələrdə hər üç Qədr gecəsində canlı yayım edib.

Canlı yayım Hacı Surxay Məmmədlinin şəxsi İnstaqram, Facebook səhifələrindən yayımlanıb. Aparılan söhbətin əyani nümunəsini izləyicilər daha sonra "YouTube" səhifəsində də izləyib.

Qeyd edək ki, Hacı Surxay Məmmədlinin söhbətlərini dinləmək üçün sonuncu qədr gecəsində din xadiminin İnstaqram səhifəsində 11 min, "Facebook" da isə 3500-ə yaxın izləyici canlı yayıma qoşulub. Youtube kanalından 5 minə yaxın izləyici isə həmin söhbətlərin videoqeydə alınmış variantını təkrar izləmək şansına malikdir.

Bildirək ki, Ramazan ayında ilahiyyatçı- din xadimi Hacı Surxay Məmmədli həmçinin hər gün iftar vaxtı 19:30- dan iftara qədər "Ramazan işığında" rubrikası ilə tamaşaçıların qarşısında olur. Söhbət yenə də həmin qaydada, yəni canlı yayımla həm İnstaqram, həm "Facebook" səhifəsindən edilir. Hər axşam izləyicilər iftar vaxtını rubrikanı təşkil edən komanda və onu aparan din xadimi Hacı Surxay Məmmədli ilə birgə açır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru