“Bu virusa birlikdə qalib gəlmək olur” - Ülvi Quliyev

18-05-2020, 17:32           
“Bu virusa birlikdə qalib gəlmək olur” - Ülvi Quliyev
Koronavirusla bağlı tətbiq edulən xüsusi karantin rejiminin qaydaları mayın 18-dən Bakı, Gəncə, Sumqayı, Lənkəran şəhərlərində və Abşeron rayonunda da yumşaldılıb. Son günlər bu virusa yoluxanların sayının artığını nəzərə alıb, iddia etmək olarmı ki qaydaların yumşaldılması insanların biganəliyinə, xəstələrin çoxalmasına gətirə bilər?

Milli Məclisin deputatı Ülvi Quliyev hesab edir ki, insanlarımız məhz indi - xüsusi karantin rejimi qaydalarının yumşaldığı müddətdə özlərini əvvəlkindən də çox qorumalıdırlar:

“Xüsusi karantin rejiminin yumşaldılması o demək deyil ki, bu virus da itib. Yaddan çıxarmayaq ki, koronavirusun yayılma sürəti və miqyası genişdir, buna görə ehtiyatı əldən vermək olmaz. İndiki məqamda insanların işə-gücə getməsi halları artıb, evdən çıxanlar çoxalıb, bu baxımdan qorunmaq daha çox vacibdir. Bilmək lazımdır ki, özünü qorumaq ailə üzvlərini, övladlarını, valideynlərini, dostlarını qorumaq deməkdir. Koronavirus elə bir məsələ deyil ki, yalnız özünə cavabdeh olasan. Ümumdünya Səhiyyə Təşkilatının bu məsələ ilə bağlı tövsiyələri var. Mütləq həmin tövsiyələrə əməl etmək lazımdır”.

Deputat koronavirus dövründə Azərbaycanda görülən işlərə də münasibət bildirib:

“Müşahidələr göstərdi ki, Azərbaycan dövləti öz insanlarını daha yaxşı qoruyur. Öz vətəndaşlarının sağlamlığı dövlət üçün bir nömrəli məsələdir. Bunu inkişaf etmiş Avropa ölkələrindəki anoloji halla müqayisə edəndə, daha yaxşı görmək olar. Ona görə də insanlar dövlətimizin onların sağlamlığının qorunması istiqamətində yürütdüyü siyasətə dəstək verməlidirlər. Biz özümüzü qorumaqla həm yaxınlarımızı, həm cəmiyyətimizi, həm də dövlətimizi qorumuş oluruq. Ona görə mən insanlarımızı karantin qaydalarının yumşaldığı dövrdə də nizam-intizamlı, məsuliyyətli olmağa, vacib olmadıqda evdən çıxmamağa çağırıram. Əgər evdən çıxırlarsa, tibbi maskalardan istifadə etsinlər, sosial məsafəni gözləsinlər. Prezidentimizin qeyd etdiyi kimi, bu virusa birlikdə qalib gəlmək olur”. //modern.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.