"Əhalinin sayı ilə müqayisədə yoluxma sayı qənaətbəxşdir" - Eldar Əzizov

18-05-2020, 17:38           
"Əhalinin sayı ilə müqayisədə yoluxma sayı qənaətbəxşdir" - Eldar Əzizov
"Bu gün Bakıda ərzaq qıtlığı yoxdur. Bu da aparılan qabaqcıl tədbirlərin nəticəsidir".

“Report” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin sayı ilə müqayisədə yoluxma sayı qənaətbəxşdir:

"Bakıda dezinfeksiya işləri xəstəlik aşkar olunmazdan qabaq həyata keçirilir. Bakıda icra hakimiyyətinin balansında 11 700 bina var. Küçələr xüsusi maddələrlə yuyulur. Texnika və xüsusi maddələr baxımından çatışmazlıq yoxdur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru