Balakəndə 1 tondan artıq çətənə bitkisi məhv edilib

18-05-2020, 17:50           
Balakəndə 1 tondan artıq çətənə bitkisi məhv edilib
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Qaysa kəndi ərazisində yabanı halda bitən çəkisi 470 kiloqram olan 1510 ədəd, Şambul kəndi ərazisində isə ümumi çəkisi 830 kq olan 3129 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq, yandırılma yolu ilə məhv edilib.
Faktla bağlı araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru