“İnanmırlar, belə oyun olar?“ - Eldar Əzizov

18-05-2020, 19:15           
“İnanmırlar, belə oyun olar?“ - Eldar Əzizov
“Mənə deyirdilər ki, küçədə gəzən bəzi insanlar koronavirusun mövcudluğuna inanmır”.

Teref.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O, təəssüflə bildirib ki, bunu deyənlər arasında savadlı insanlar da var:

"Mən son iki gün ərzində Bakının bütün rayon icra başçıları ilə birgə marifləndirmə tədbirləri keçirmək üçün küçəbəküçə gəzirik. Çox təssüf ki, bəzi insanlar mənə də koronavirus xəstəliyinin mövcudluğuna inamadıqlarını deyirlər. Onlar bunu “oyun” adlandırırlar. Amma bu necə “oyun”dur ki, bütün dünyada sərhədlər bağlanıb, insanlar evdən çölə çıxmır, bu xəstəlikdən milyonlarla insan xəstəxanaya yerləşdirilir, dünyasın dəyişir. Belə oyun olar? Özümüz inanmırıqsa belə, cəmiyyətə görə bu qaydalara əməl etməliyik”. /Unikal.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru