Göyçayda vətəndaşların təqaüd kartlarından pul oğurlayan şəxslər saxlanılıb

20-05-2020, 11:38           
Göyçayda vətəndaşların təqaüd kartlarından pul oğurlayan şəxslər saxlanılıb
Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən 2 nəfər rayon sakini onlara məxsus təqaüd kartlarından ümumilikdə 366 manat pulun internet vasitəsilə naməlum şəxs və ya şəxslər tərəfindən çıxarılaraq oğurlandığını bildiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törədən şəxsin Göyçay şəhər sakini 27 yaşlı Rafael Kərimli olduğu müəyyən edilərək saxlanılıb.
RPŞ əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini L.Əliyevə məxsus təqaüd kartından 100 manat pulu internet vasitəsilə çıxararaq oğurlayan əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Ruslan Qasımov saxlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.