Nəsimi rayonunda Ramazan bayramı münasibətilə sosial aksiya keçirilib

23-05-2020, 20:43           
Nəsimi rayonunda Ramazan bayramı münasibətilə sosial aksiya keçirilib
Teref.az - Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib.
Aksiya çərçivəsində rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayonun müxtəlif ünvanlarında yaşayan sosial müdafiəyə ehtiyacı olan 500-dən artıq ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.
Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Ramazan bayramı ərəfəsində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru